Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

15 İyun

2017
10:40
500
ABŞ dolları möhkəmləndirir? nəticələri necə olacaq? - Ekspert rəyi

"ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 1,25 %-dək qaldırıb. Bu, son dövrlər üçün çox yüksək nəticədir. Başqa sözlə desək, bu, həm də dolların qiymətidir".

Bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, ABŞ-da 2008-ci il böhranından sonra mərkəzi bank üzrə uçot dərəcəsi 4-cü dəfədir ki, qaldırılır. Bunadək 2015-ci ilin dekabrında, 2016-cı ilin dekabrında, bu ilin martında hər dəfə də 0,25 % qaldırılmışdısa, indi bu artım beşqat olub: 

"ABŞ iqtisadiyyatı çətin durumdan artıq tamamilə çıxıb. Hökumət qarşıya qoyduğu bütün məqsədlərə çatıb - işsizlik məqbul səviyyədə, yəni 5 %-dən aşağı, inflyasiya 2 % civarında, iqtisadi artım 1-2 % ətrafında təşkil edir. Odur ki, FES tərəfindən kəmiyyət yumşaldılması dayandırılıb, balansın azaldılması və faiz dərəcəsinin tədricən artırılması kimi tədbirlər prioritet vəzifəyə çevrilib".

İqtisadçı hesab edir ki, bu addımdan sonra dolların möhkəmlənməsi ehtimalı böyükdür. O, bunun Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini də açıqlayıb:

"O ki qaldı bunun Azərbaycan və dünya istisadiyyatına necə təsir edəcəyi məsələsinə, dolların möhkəmlənməsi nefti ucuzlaşdırır. Enerji resurslarının ucuzlaşması isə dövlət gəlirləri bundan asılı olan ölkələrin iqtisadiyyatlarını çökdürür, ümumən dünya üzrə iqtisadi artımı aşağı salır. Təbii ki, bundan biz də ziyan çəkirik.

Martdakı artım nəticəsində dollar o qədər də çox möhkəmlənməmişdi, lakin indi buna ehtimal böyükdür. Hazırda ölkədə yeni iqtisadi modelə transformasiya gedir. Bu isə uzunmüddətli prosesdir. Bunun nəticəsini qısa müddət ərzində gözləmək olmaz. Söhbət, ümumi nəticədən gedir. Ümumi nəticə isə ondan ibarətdir ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunsun və xarici maliyyə, xammal bazarlarındakı dəyişikliklər iqtisadiyyata az təsir göstərsin"./milli.az

Məqalədə : dollar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru