Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2010
17:30
ABBASOV MEHDİ YUSİF oğlu
Hörmətli oxucular. Son zamanlar ölkəmizin televiziyalarında və medialarında Milli Qəhrəmanlarımızla bağlı materialların gözə dəyməməsini, bunun əvəzinə bayağı küçə məlumatlarının daha çox işıqlandırılmasını, küçələrdə Milli Qəhrəmanlarımızın deyil, insanları əxlaqsızlığa sürükləyən içki, lüt qızlar reklam edildiyini nəzərə alaraq, Azərbaycanın qəhrəman oğulları ilə bağlı saytımızda yeni rubrika açmaq qərarına gəldik. Artıq bu gündən etibarən həftənin çərşənbə və şənbə günləri "Vətən Oğulları" rubrikasında Milli Qəhrəmanlarımız və Vətən uğrunda döyüşmüş şəxslərlə bağlı yazılar dərc edəcəyik. Sizlərdən isə xahişimiz odur ki, Vətən uğrunda döyüşmüş yaxınlarınız, dostlarınız haqda bizə məlumatlar toplamaqda yardım edəsiniz. Yaxın günlərdə isə sizlərə Milli Qəhrəmanlarımızın keçdikləri döyüş yolu ilə bağlı ailələri və döyüş yoldaşları ilə hazırlanmış videolar təqdim edəcəyik.


1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur. Mehdi 1991-ci il iyun ayının 28-də DİN-nin sərəncamına göndərilib. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı. Abbasov Mehdi göstərdiyi şücaətə görə `Mixaylo` ləqəbini qazanmışdı. DİN-nin mükafatlarına layiq görülmüşdür. Mixaylonun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Həmin gün o əbədi olaraq gözlərini yumdu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.

Redaksiyadan: Milli qəhrəmanlarımız haqqında məlumatların və şəkillərin əldə olunmasında göstərdikləri köməyə görə "Milli Qəhrəmanları tanıtma" İctimai Birliyinə, "Azərbaycanın Milli Qəhrəmanları" kitabının müəllifi Vüqar Əsgərova təşəkkür edirik.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 14:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com