Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

16 Mart

2017
11:23
334
ABŞ Ukraynada islahatlar üçün 54 milyon ayırıb

FaktXəbər-in "RT"-yə istinadən verdiyi məlumata görə, ABŞ Ukraynada islahatların aparılması üçün əlavə yardım qismində 54 milyon dollar ayırıb. Bu barədə Ukrayna KİV-ləri yazıb.
 
Hökumətlərarası müqaviləni Ukrayna baş nazirinin birinci müavini Stepan Kubiv və ABŞ-ın beynəlxalq inkişaf agentliyi missiyasının direktoru Süzen Frits imzalayıb.
 
Müqaviləyə əsasən, ayrılan pul vəsaiti  demokratiyanın inkişafı üçün olduqca mühüm islahatlar, korrupsiya ilə mübarizə sahəsinə xərcələnəcək.
 
Buna qədər Ukraynanın xarici işlər naziri Pavel Klimkin ABŞ rəhbərliyinin ölkəyə hərbi yardım göstərməsini istəmişdi.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com