Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
10:10
351
ABŞ: Rusiya Kaspersky proqramı ilə məxfi məlumatlarımızı əldə edib - İDDİA

Faktxeber.com məlumat verir ki, ABŞ Daxili Təhlükəsizlik nazirliyi 13 sentyabr tarixindən etibarən, bütün təhlükəsizlik qurumlarına "Kaspersky Lab"  antivirus proqramından istifadə edilməməsi tapşırığını verib.

Nazirlik bunu "Kaspersky" proqramı vasitəsi ilə  Rusiyanın məxfi məlumatlara çıxış əldə edə bilməsiylə əlaqələndirib. Qərarın qəbul edilmə səbəbləri haqda ilk günlər hər hansı məlumat verilməsə də, proqramın labaratoriyasını sındıran İsrail kəşfiyyatı iddia edir ki, proqram kompyuterləri viruslardan qorumaqla bərabər həm də gizli sənədlərin axtarışı ilə məşğul olub.

ABŞ rəsmiləri qadağaya səbəb kimi  məlumat və informasiya sistemlərinin "Kaspersky" vəsitasi ilə Rusiya xüsusi xidmət orqanlarının əlinə keçməsindən ehtiyyat edərək proqramın istifadəsindən imtina etdiklərini bildiriblər.

Antivirus proqramının rəhbərliyi isə yayılan məlumatları inkar edərək bildirir ki, onlar heç zaman digər dövlətlərin məxfi məlumatlarını əldə etmək üçün Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyiblər.

Məqalədə : Kaspersky ABŞ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru