Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
16:19
ABŞ Ərbildəki hərbi bazasını genişləndirir

ABŞ İraqın Ərbil vilayətində Yaxın Şərqdəki əməliyyatları üçün istifadə etdiyi "Hərir" hərbi hava bazasını genişləndirir. FaktXəbər bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
 
Birləşmiş Ştatlar şəhər mərkəzindən təxminən 65 kilometr kənarda yerləşən bazanın genişləndirilməsi üçün aktiv fəaliyyətə keçib.
 
Bölgə sakinləri qeyd edir ki, hərbi silah-sursat daşıyan yük təyyarələri hər gün daha çox gecə saatlarında eniş zolağına düşür. Bazaya düşən  təyyarələrdəki hərbi sursatlar Suriyanın şimalındakı terror təşkilatı olan PKK/PYD-yə göndərilir.

Hava bazasının genişləndirilməsi səbəbindən Hırvatan, Batal, Başar, Sirsura və Tayın kəndlərindən hər bir ailə təxminən 40-50 hektar əkin üçün əlverişli ərazilərini itirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 08:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com