Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Aprel

2017
09:28
632
ABŞ-ın XİN rəhbəri: `İranla nüvə müqaviləsi məqsədinə çatmayıb`

ABŞ xarici işlər naziri Reks Tillerson keçirdiyi mətbuat konfransında ABŞ-ın İran siyasətinə dair bəyanatlar səsləndirib.

FaktXəbər-in məlumatına görə, Donald Tramp hakimiyyətinin İran siyasətini yenidən nəzərdən keçirdiyini bildirən Tillerson, "İranın atdığı addımların ABŞ-ı, regionu və dünyanı təhdid etdiyinə dair əlimizdə çox dəqiq dəlillər var", - deyib.

İranla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya arasında 14 iyul 2015-ci ildə imzalanan nüvə müqaviləsinin İranı dayandırmadığını bildirən Tillerson, "İranla əldə olunan nüvə müqaviləsi məqsədinə çatmayıb", - deyə bildirib.

Tillerson Vaşinqton və Tehran arasındakı əlaqəni yalnız nüvə müqaviləsi üzərindən qiymətləndirməyəcəklərini, İranın regional təhdid yaratdığını qeyd edərək, "İran siyasətimizi geniş şəkildə nəzərdən keçiririk. Nüvə müqaviləsi nəzərdən keçirdiyimiz amillərdən yalnız biridir" söyləyib.

Tillerson, "İran terroru dəstəkləyən ölkələr siyahısında ən öndə yerləşir və bir çox yerdə qarışıqlıq yaradaraq, ABŞ-ın maraqlarını heçə sayır", - deyib.

Qeyd edək ki, ekspertlər ABŞ-ın İranla nüvə sazişinin elə ilk günlərdən uzunmüddətli olmayacağını bildirirdilər. Səbəb isə odur ki, Tillersonun özünün də etiraf etdiyi kimi, İran ABŞ-ın bölgədəki işğalçı maraqlarına mane olur və ABŞ İraqda, Suriyada öz istəyini reallaşdıra bilmir. Məhz buna görə də nüvə sazişi yenidən gündəmə gətirilir. Amma İran rəhbərliyi nüvə məsələsində ABŞ-a bundan artıq güzəştə getməyəcəklərini bəyanlayaraq, dinc məqsədli nüvə işlərinin öz haqları olduğunu bildirirlər. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 21:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru