Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

02 Mart

2017
11:47
561
ABŞ-ın tanınmış dərgisi Azərbaycanın ilk qadın pilotundan yazdı

ABŞ-ın "Huffington Post" nəşrində müharibədə iştirak etmiş məşhur qadın pilotlar haqqında geniş məqalə dərc olunub. 

Nəşr həmin qadınlar arasında azərbaycanlı pilot Leyla Məmmədbəyovanın da adını çəkib.

L.Məmmədbəyova yalnız ölkəsinin ilk qadın pilotu kimi təqdim edilməyib.

Nəşr yazıb ki, azərbaycanlı Leyla Məmmədbəyova həm də bütün Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın pilot olub: "O, 1909-cu ildə anadan olmuş, 1931-ci ildə ilk uçuşunu həyata keçirmiş və 10 il müddətində Sovet ordusunda eskadrilyaya başçılıq edib".

Məqalədə qeyd olunub ki, II Dünya müharibəsi zamanı o, minlərlə paraşütçünün və hərbi pilotun hazırlanmasına və onlara təlimlər keçirilməsinə cavabdehlik daşıyıb.

"O, həyatı ilə Azərbaycandakı - qadınların səsvermə hüququna ABŞ-dan daha erkən sahib olduqları ölkədə müsəlman qadınlar haqqında stereotipləri qırıb", - deyə məqalədə vurğulanıb. 

Nəşr səmada qəhrəmanlıq göstərmiş qadınlar arasında Bessi Kolman, Harriet Kvimbi, Reymond de Laroş, Mildred Bryus və Jaklin Kokranı göstərib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com