Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Aprel

2017
08:58
441
ABŞ-ın BMT daimi nümayəndəsi Haley: Şimali Koreya ilə müharibə istəmirik

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Haley jurnalistlərə açıqlamasında, Şimali Koreyanın raket sınaqları ilə əlaqədar artan gərginliyin qarşısını almasının yenə bu ölkəyə bağlı olduğunu deyib.

FaktXəbər-in məlumatına görə, Şimali Koreyanın mümkün olan ən dəqiq şəkildə xəbərdar etdiklərini vurğulayan Haley, "Şimali Koreyanın müharibə etmək istəmədiyimizi bilməsini istəyirik, buna görə bizi məcbur etməyin. Top onların meydançasındadır və bu nöqtədə oynamağa çalışmamalıdırlar", - deyə bildirib.

BMT-nin baş katibi Antonio Quterres isə, "Şimali Koreyanın yalnız bölgə deyil, bütün dünyanı təhdid edəcək nüvə gücünə sahib olmaması üçün sərf edilən bütün səyləri dəstəkləyiri" söyləyib.

Guterres Şimali Koreyanın hərbi güc toplamasının, raketləri və nüvə proqramı ilə beynəlxalq təhdid yaratmasının qarşısının alınması lazım olduğunu da sözlərinə əlavə edib.

Digər tərəfdən, diplomatik mənbələr ABŞ tərəfindən hazırlanan və Çinin də dəstək verdiyi Şimali Koreyanın son nüvə sınağının BMT Təhlükəsizlik Şurası tərəfindən pislənməsini və nüvə sınaqlarına son qoyulmasını istəyən açıqlamaya Rusiyanın etiraz etdiyini bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 10:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru