Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

14 Fevral

2018
15:42
348
ABŞ Milli Kəşfiyyatının rəhbəri: `Suriya müxalifəti Əsədi devirə bilməyəcək`

Suriyada müxalif qüvvələr prezident Bəşər Əsədi artıq devirmə iqtidarında deyillər. FaktXeber.com-un TASS-a istinadla məlumatına görə, bu barədə  ABŞ  Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts bəyan edib.

«Suriya müxalifəti, belə görünür, daha prezident Bəşər Əsədi devirə bilməyəcək. Qiyamçılarda ola bilsin ki, münaqişənin daha bir il davam etməsi üçün resurslar var», - deyə o bildirib.

Qeyd edək ki, Senatın kəşfiyyat üzrə  xüsusi  komitəsinin  dinləmələrində çıxış edən Kouts həmçinin İran mözusuna toxunub və bəyan edib ki, İİR Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir, hansı ki, sərhədin 2 min km-də olan hədəfləri vura bilmə qabiliyyətinə malikdir.

Onun sözlərinə görə, İİR silah sistemlərini hazırlamağa və daha da yaxşılaşdırmağa davam edir: «Bu silahların arasında  pilotsuz təyyarələr, dəniz minaları, uzaq məsafədən idarə olunan və partlayıcı quraşdırılan katerlər, torpedalarla təchiz olunan sualtı qayıqlar, gəmiəleyhinə qanadlı raketlər və yerdə bazalanmış qanadlı raketlər var».

Milli Kəşfiyyat İdarəsinin rəhbəri  Rusiyanın 2016-cı ildə İranı S-300 ZRK ilə təchiz etməsinin  Havadan Müdafiə  sisteminin daha da inkişaf etdirməsinə səsəb olduğunu bildirib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 03:36

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru