Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
16:40
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub

ABŞ başda olmaqla Beynəlxalq Koalisiya Qüvvələri Suriyanın Həsaka əyalətinin cənub şərqində Əl-Hardan  yaşayış məntəqəsinə hava zərbələri endiriblər. Nəticədə 4 dinc sakin həlak olub, daha bir mülki vətəndaş isə ağır yaralanıb. FaktXeber.com-un məlumatına görə, bu barədə SANA agentlyi yerli mənbələrə istinadla xəbər verib.

Xatırladaq ki, bir gün əvvəl Həsakədə Tel əş-Şaer kəndində koalisiyanın bombardmanı nəticəsində 12 dinc sakin həlak olmuşdu.

Yeri gəlmişkən qeyd edək ki, 2014-cü ildə Suriyaya qanunsuz müdaxilədən sonra Beynəlxalq Koalisiya Deyr əz-Zor  və Həsakada dinc sakinlərə qarşı  onlarla qanlı cinayət törədib. Rəkka şəhəri isə koalisiyanın  zərbələri nəticxəsində tamamilə yerlə yeksan olub. Yüzlərlə insan həlak olub, minlərlə dinc sakin isə öz doğmsa ocaqlarını tərk etmək məcburiyyətində qalıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 18:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com