Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
12:05
2652
ABŞ-dan Türkiyəyə F-35 təhdidi - ANALİZ

ABŞ Türkiyənin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemindən sonra F-35 döyüş təyyarələri vasitəsi ilə təhdidlərə başlayıb.

FaktXəbər-in Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə F-35 layihəsinə 2002-ci ildə qoşulub. "Lockheed Martin" şirkətinin rəhbərliyi altındakı beynəlxalq konsorsiumda təyyarənin orta gövdəsindəki bəzi komponentlərinin istehsalını Türkiyənin TAİ/TUSAŞ şirkəti üzərinə götürüb. Ömrünü başa vurmağa hazırlaşan F-4 döyüş təyyarələrinin yerini alması planlaşdırılan F-35-lər üçün 100+ ədəd öhdəliyi verilib və bir qismi də ödənilən 11.5 milyard dollarlıq müqavilə imzalanıb.

ABŞ-dan ASILI TƏHLÜKƏSİZLİK PROBLEMİ

Türkiyə "Eurofighter"ə qarşı üstünlük verdiyi F-35 layihəsinə daxil olaraq Qərb ittifaqı içində olduğunu göstərdiyi halda, son dövrdə istər Amerika, istərsə də digər NATO müttəfiqlərinin gizli embarqoları ilə üzləşib. Bu da F-35 layihəsində yoxlamalara səbəb olub. Çünki Türkiyə F-35-i istifadə edərkən maddi-texniki idarəçilik tamamilə Amerikadan asılı olacaq.

ARTAN XƏRC DÜŞÜNDÜRÜR

Türkiyənin NATO üzvü olaraq əməkdaşlıq etdiyi ittifaq üzvləri ilə yaşadığı gərginliklər təhlükəsizlik narahatçılıqları yaradır. Son olaraq Norveçdə Atatürk və Ərdoğanın şəkillərinin hədəf taxtasına vurulması buna misaldır.

İlk öncə 1 dənəsinin 40 milyon dollara başa gəlməsi planlaşdırılan F-35-lərin 110 milyon dollara qədər qalxması da xərc artımı baxımından müzakirələrə səbəb olub. Rusiyanın F-35-lərin rəqibi adlandırılan istehsal mərhələsindəki Su-57-ləri 50 milyon dolara başa gəlməsi planlaşdırılır.

MİLLİ LAYİHƏYƏ BÖYÜK ZƏRURƏT YARANIB

Xərc sahəsindəki çatışmazlıqlarla yanaşı, layihə çərçivəsində bu günə kimi bir təyyarə belə ala bilməyib. Türkiyə Amerika təhdidindən sonra F-4 döyüş təyyarələrinin modernləşdirilməsinə, o cümlədən görə biləcəkləri tədbirləri müzakirəyə çıxarmış vəziyyətdədir. Gizli embarqolar təhdidini görən Türkiyə uzun müddətdir milli döyüş təyyarəsi olan TAİ TF-X-nin istehsalına diqqət ayırıb.

İSTİQAMƏT DƏYİŞİKLİYİ TƏLƏSİ

Türkiyənin Avropa Birliyi və NATO müttəfiqləri qardaş ölkəni istiqamət sürüşməsilə günahlandırır, bu isə əslində onların Türkiyəni yeni müstəvi axtarışlarına zorladığına işarə edir. Bu isə onu göstərir ki, oxşar layihələrdə maneələrlə üzləşməyə davam edərsə, Türkiyə başqa axtarışlara yönəlməyə başlayacaq. Amerika bundan əvvəl də Türkiyənin "Cobra" döyüş helikopteri tələbatını ödəməmiş və bu çatışmazlıq "Atak" helikopteri ilə doldurulmuşdu. "Predator" tələbi ödənməyən Türkiyə SİHA sistemlərini özü istehsal etmişdi. Bütün bu baş verənlərə baxanda Türkiyəni istiqamət dəyişikliyinə əslində Amerikanın münasibətlərinin yönləndirdiyi görünür.

11.5 MİLYARD DOLLARA YERLİ TƏYYARƏ İSTEHSAL EDİLƏ BİLƏRDİ

Müdafiə mütəxəssisləri 11.5 milyard dollarlıq büdcə ilə Türkiyə istehsalı və maddi-texniki nəzarəti də Türkiyəyə aid yerli təyyarənin dizayn və istehsalının mümkünlüyünü bildirirlər. Yüksək texnologiya və xərc tələb edən bu tip böyük layihələrə Müdafiə Sənayesi Müşavirliyinin də dəstəyi ilə başqa ölkələri də cəlb etmək olar. Türkiyənin təhlükəsizlik qorxusu hiss etmədiyi Qətər, Pakistan, Ukrayna, Azərbaycan, digər türkdilli ölkələr və Şərqi Avropa ölkələrini bura aid etmək olar. 

Üçüncü ölkələrə birgə ixracatı da əhatə edən bu layihələr istər texnologiya transferi, istərsə də yerli imkanların səfərbər edilməsində əhəmiyyətli çıxış yolu kimi təqdim olunur.

Amerika və NATO müttəfiqlərinin gizli embarqolarına qarşı ağıllı konsepsiya üzərində işləməyə yönəlmiş Türkiyənin müdafiə sənayesi silahlı pilotsuz uçuş aparatı olan "Bayraktar"ı istehsal etməyə nail olub. 

Məqalədə : Türkiyə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru