Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 İyul

2017
16:25
571
ABŞ-dan PKK-ya hərbi yük daşınması davam edir

ABŞ-ın Suriyada fəaliyyət göstərən PKK terror təşkilatına hərbi yardımlar davam edir. Dünən 100 TIR hərbi sursat Rəqqanın şimalındakı PKK-çılara göndərilib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, dünən gecə saatlarında hərbi texnika və sursat daşıyan 100 yük avtomobi İraq sərhədindən keçərək təşkilatın nəzarətindəki Hasekeye daxil olub.

Konvoyda ABŞ ordusunun istifadə etdiyi yüksək hərəkət qabiliyyətli zirehli "Hummer"lər, 4x4 ciplər və xüsusi kranlar diqqəti çəkib.

Bundan başqa, iyunun 5-də 60, iyunun 12-də 20, iyunun 16-da 50 və 21 ilə 26 iyunda cəmi 120, iyulun 5-də 82, iyulun 9-da 102, iyulun 13-də 95, iyulun 17-də 100, iyulun 22-də 100, iyulun 27-də 80 olmaqla dünən axşam da daxil 809 TIR dolusu sursat PKK-ya təhvil verilib.

ABŞ Müdafiə Nazirliyi Pentaqondan verilən sənəddə bildirilir ki, Suriyada PKK/PYD-nin də içində olduğu qruplara veriləcək silahlar siyahısında, 12 min "Kalaşnikov" markalı avtomat, 6 min pulemyot və 3 min 500 iri çaplı silahla yanaşı 3 min ədəd Amerika istehsalı RPG-7 və 1000 ədəd Amerika istehsalı AT-4 və Rusiya istehsalı olan SPG-9 tank əleyhinə qumbaratan var.

Sənəddə həmçinin bildirilir ki, müxtəlif kalibrə malik 235 qaubitsa, 100 snayper tüfəngi, 450 PV-7 tipli gecəgörmə cihazı və 150 infraqırmızı lazer aydınlaşdırıcı durbin terror təşkilatına çatacaq.

Məqalədə : PKK 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru