Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Oktyabr

2017
12:36
4152
ABŞ-dan Bərzaniyə dəstək: Türkiyə hücum edərsə, səssiz qalmayacağıq

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ Konqresnin üzvü Stiv Kinq İraqın Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzaniyə dəstək nümayiş etdirib. Belə ki, amerikalı konqresmen bildirib ki, İraq, Türkiyə və İran üçlüyü Kürdüstana hücum edərsə, Vaşinqton bunu sakit qarşılamayacaq.

"Bir Neçə gündür ki, ABŞ dövlət katibi Reks Tillersonla danışırıq. Yaxın günlərdə o, İrak Kürd Regional Rəhbərliyinin müstəqilliyi haqqında bəyanat verəcək. Fikrimcə, Türkiyə və ya Kürdüstanın hər hansı bir qonşusunun əraziyə qarşı hərbi güc istifadə etməsi düşməncəsinə bir davranış olaraq qəbul ediləcək. Bu vəziyyət ABŞ-ın rəftarını dəyişəcək. Bundan başqa, sözügedən embarqolarla azad olmaq istəyən xalqlar cəzalandırıla bilməz. Bu vəziyyət ABŞ-ın dəyərlərinə ziddir. Buna gör, Kürdüstana sözügedən blokada aradan qaldırılmalıdır",-deyə Stiv Kinq kürdlərin "Rudaw" kanalaına müsahibəsində vurğulayıb. 

Məqalədə : Kürdüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru