Tarix:24-11-2016 14:58
ABŞ-da ƏMƏLİYYAT: Azərbaycana 5 min snayper satmaq istəyən həbs olundu
Şərh yaz
ABŞ-ın Federal Təhqiqatlar Bürosu aylarla davam edən xüsusi əməliyyatın nəticəsi olaraq Azərbaycana üçüncü ölkə üzərindən silah satmağa hazırlaşan İsrail vətəndaşını həbs edib.
 
Virtualaz.org “The Sun Sentinel” nəşrinə istinadən xəbər verir ki, FTB-nin əməliyyatı nəticəsində qanunsuz silah satışı sövdələşmələri həyata keçirmək istəyən İsrail vətəndaşı, 39 yaşlı Anri Şuşanla yanaşı Belarus əsilli yəhudi, 65 yaşlı Benyamin Qolınkin də həbs olunub. Onlar Brovard qraflığında İraq və Sudana, habelə Azərbaycana 1 milyon dollarlıq silah satışı hazırlığı görüblər. Həmin şəxslər ötən həftə “Pompano Beach”da FTB-nin uzun müddətdir davam edən məxfi təhqiqatlarının nəticəsi olaraq həbs olunublar.
 
 
Federal prokurorlar bildirir ki, həmin şəxslər İraq və Sudana 500 min ədəd 23 millimetrlik zenit pulemyotu patronu satmağı planlaşdırıblar. Hansı ki, ABŞ hər iki ölkəyə silah və sursat ixracını qadağan edib. Prokurorluğun bildirdiyinə görə, bu patronları İraqdakı “subyekt” sifariş edib. Plana əsasən patronların 150 mini Sudana göndərilməliydi, qalanı İraqda qalmalıydı.
 
Məlumata görə Anri Şuşan iki il əvvəl ABŞ-a köçüb və bu ölkədə yaşamaq icazəsinə malikdir. Ona qarşı Azərbaycana silah və döyüş sursatı satmaq cəhdi ilə bağlı ittiham irəli sürüləcək. Prokuror Maykl Valleysa bildirib ki, Anri Şuşanın fəaliyyəti 2015-ci ilin əvvəllərindən izlənilirdi və FTB-nin gizli agenti onunla təmasa girərək bu müddət ərzində telefon danışıqlarını, SMS yazışmalarını qeydə alıb.
 
Prokurorun bildirdiyinə görə, Şuşan ABŞ-a gələndən az sonra qanunsuz fəaliyyətə girişib. O, silah alveri məsələləri ilə bağlı danışıqlar aparmaq üçün Almaniya, Avstriya, Qvatemala, Rusiya, Kolumbiya və Azərbaycanda səfərlərdə olub. Prokurorluqdan deyiblər ki, o, son səkkiz ayda başqa ölkələrin sakinlərindən bir neçə yüz min dollar, Azərbaycandan isə 170 min dollar alıb.
 
Anri Şuşan silah təchizatçısı hesab etdiyi gizli FTB agentindən xahiş edib ki, ona Azərbaycana 5000 ədəd M4 snayper tüfənginin göndərilməsində kömək etsin. FTB agenti ona həmin silahın komponentlərini təqdim edib və “ilkin ödəniş” kimi 10 min dollar alıb.
 
Anri Şuşan habelə Kanada üzərindən Azərbaycana 10 min ədəd 408 markalı snayper tüfəngi patronu göndərməyə cəhd edib. Lakin həmin patronları istehsal edən və Vaşinqton ştatında yerləşən şirkət sövdələşmədən duyuq düşüb və bu haqda hakimiyyəti xəbərdar edib. Daha sonra Şuşan gizli FTB agentinə Azərbaycana 52 min ədəd .408 patronunun göndərilməsində kömək üçün 5200 dollar verib.
 
Bütün bu dəlillər məhkəmədə Anri Şuşanın həbsinə əsas olaraq təqdim edilib. İsrail vətəndaşı isə bildirib ki, heç kimə zərər yetirmək və heç bir qanunu pozmaq niyyətində olmayıb. Həmin ittihamlar üzrə onu 4 ilə qədər həbs gözləyir.

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
ABŞ - snayper -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:24-11-2016 14:58 - Oxundu: 298
Siyasət
21-01-2017 14:22 Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
21-01-2017 12:32 İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
20-01-2017 13:21 Bakıda Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək
20-01-2017 12:00 Azərbaycan prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
19-01-2017 17:03 “20 Yanvar bizim milli qürurumuzun bərpası günü idi” - VİDEOREPORTAJ
19-01-2017 15:02 İlham Əliyev: "Yeni silahlar üçün Moskva ilə danışıqlar aparırıq”
18-01-2017 15:40 Şengen vizası neçəyədir? – QİYMƏTLƏR
17-01-2017 16:54 Elmar Məmmədyarov: Rusiya regiona stabillik gətirə bilər
17-01-2017 12:50 Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas şərtləri açıqlayıb
17-01-2017 10:47 Deputatlarımızın tətili başa çatdı
13-01-2017 15:23 QAT Rusiya səfirinə müraciət etdi
13-01-2017 14:22 Azərbaycan XİN separatçı rejimin KVN-də iştirakı ilə bağlı bəyanat yayıb
12-01-2017 19:39 Anji Kaspşik heç bir mənası olmayan vəzifəsində qaldı
12-01-2017 12:50 Avropa Şurası nümayəndələri Azərbaycanda hesabat istəməyə gəlib
12-01-2017 11:49 Prezident: Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər ləyaqətsiz hərəkət edirlər - VİDEO
12-01-2017 09:59 AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb
11-01-2017 12:51 Trampın andiçməsində Azərbaycanı kim təmsil edəcək?
10-01-2017 12:18 İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
10-01-2017 09:07 Həmsədrlər Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb
09-01-2017 16:46 Azərbaycan prezidenti İran rəhbərliyinə başsağlığı verib
09-01-2017 14:30 Azərbaycandan İslam Hərbi İttifaqına qoşulmaq barədə rəsmi açıqlama
09-01-2017 12:36 Azərbaycan İslam Hərbi Alyansına qoşulur
07-01-2017 23:57 Həsən Ruhani Azərbaycan və İran arasında imzalanmış sazişi təsdiqləyib
06-01-2017 14:31 Xəzəryanı dövlətlər yenə toplanır - SƏBƏB
05-01-2017 17:23 "Meyitlərdən intiqam alanlarla danışıqların mənası yoxdur"
03-01-2017 15:08 "Ermənistan xalqı regional əməkdaşlıq imkanlarından faydalana bilər"
30-12-2016 15:27 ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub
29-12-2016 19:24 Azərbaycan XİN Nikolay Bordyujaya cavab verib
28-12-2016 12:12 Bakıda yol verməmək üstündə avtobus sürücüsünü döydülər - VİDEO
28-12-2016 11:55 Bu ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək
28-12-2016 11:06 Heç vaxt deməmişik ki, bizdə korrupsiya faktları yoxdur - Əli Həsənov
27-12-2016 10:25 Deputat səhvini başa düşdü: "Üzr istəyirəm..."
26-12-2016 10:55 Vətəndaşlara "otxod" deyən deputat: "Təəssüf edirəm"
24-12-2016 16:35 Vladimir Putin İlham Əliyevə zəng edib
22-12-2016 14:36 İlham Əliyev türkdilli ölkələrin əməkdaşlığından danışıb
21-12-2016 20:31 Azərbaycanın Gürcüstan, Braziliya və Belarusda səfirləri təyin edilib
21-12-2016 16:25 Elmar Məmmədyarov Türkiyənin XİN müavinini qəbul edib
20-12-2016 16:27 Rusiyanın Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib
20-12-2016 23:30 Azərbaycan XİN səfirinin öldürülməsi ilə bağlı bəyanat yaydı
19-12-2016 15:41 İran XİN-i Şuşada məscid təmiri məsələsini TƏKZİB ETDİ
17-12-2016 11:11 Ziya Məmmədovun adının hallandığı otelin tikintisindən imtina edildi - FOTO
17-12-2016 10:21 Amerikalı general: "Dağlıq Qarabağ çox mürəkkəb münaqişədir"
16-12-2016 15:51 Ehtiyatda olan generallar cəbhə bölgələrinə icra başçısı göndərilsin
16-12-2016 10:26 ATƏT PA-nın qış sessiyasında Qarabağ müzakirə olunacaq
15-12-2016 20:20 Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb
13-12-2016 18:36 Bakıda Azərbaycan-İsrail sənədləri imzalanıb
13-12-2016 11:38 Erməni fəal İlham Əliyevə müraciət etdi: “Xahiş edirəm, müdaxilə edəsiniz!”
12-12-2016 17:13 Netanyahunun Azərbaycana səfəri zamanı Fələstin məsələsi müzakirə olunacaq
12-12-2016 10:11 Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
11-12-2016 11:00 Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
10-12-2016 15:00 AİP İsrail baş nazirinin Bakı səfərinə kəskin etiraz edib
10-12-2016 14:14 Netanyahunun Azərbaycan səfəri bir neçə saat çəkəcək
09-12-2016 10:10 Azərbaycanlı və erməni deputatlar görüşəcəklər
08-12-2016 14:28 Kerri ilə Lavrov Hələbi müzakirə ediblər
08-12-2016 13:51 Milli Məclisdə Siyavuş Novruzov Qüdrət Həsənquliyevə irad bildirib
08-12-2016 11:14 İlham Əliyev Azərbaycan, İran və RF prezidentlərinin deklarasiyasını təsdiqləyib
07-12-2016 14:30 İlham Əliyen "Euronews" kanalına nə danışdı?..
06-12-2016 20:52 Azərbaycanın Belarusdakı səfiri geri çağırıldı
05-12-2016 14:35 Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi - FOTO
05-12-2016 13:37 Azərbaycanla Pakistan arasında viza rejimi sadələşə bilər

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az