Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Aprel

2017
11:55
551
ABŞ-da daha bir məhbusun edamı reallaşdı

FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Arkanzas ştatında mövcud qanunvericliyin icazə verməsinə baxmayaraq 12 ildir tətbiq olunmayan edam hökmü dünən ilk dəfə reallaşıb. 2005-ci ildən bu yana Arkanzasda edam edilən ilk məhbus dünən yerli vaxtla 23:56-da 51 yaşlı Ledel Li adlı məhbus olub.

Qeyd edək ki, ötən həftə Arkanzasda 11 gün ərzində 8 edam hökmünün icraası gündəmə gətirilsə də, ştatda böyük narazılıqla qarşılanmışdı. Etirazlar daha çox edamların zəhərli inyeksiya yolu ilə icra edilməsinə qarşı olmuşdu.

Ölüm hökmünün icrası üçün veriləcək dərmanların istehsalçısı olan 2 laboratoriya preparatların müddətinin keçdiyini və bu şəkildə məhbusların daha çox əzab çəkəcəklərini açıqlamışdı.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 06:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru