Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
11:10
ABŞ Azərbaycanı terror riski olan ölkələr siyahısına salıb

ABŞ Dövlət Departamenti Azərbaycanı terror riski olan və təhlükəli ölkələr siyahısına salıb, həmçinin Vaşinqton münaqişə ilə əlaqədar Dağlıq Qarabağı ziyarət etməməyə çağırıb.

FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, amerikalı turistlərin digər ölkələrə səfəri zamanı xəbərdarlıq göndərişi Dövlət Departamentinin  saytında dərc olunub.

Bu sistemin yaradılmasında əsas hədəf ABŞ vətəndaşlarının xaricdə müdafiəsini gücləndirməkdir.

Bütün dünya ölkələri səfərlərin təhlükəsizliyi ilə bağlı 4 kateqoriyaya bölünüb:

1. Təhlükəsizlik üçün adi tədbirlər kifayətdir

2. Bu ölkələri gedərkən yüksək ehtiyat tədbirləri görün

3. Bu ölkəyə səfər etmə qərarını bir daha gözdən keçirin

4. Bu ölkəyə səfər etməyin

Bölünmə şərtidir və vacib deyil, tövsiyə xarakterlidir. 

Saytda bildirilir ki, terror risqi ilə əlaqədar Azərbaycan ikinci kateqoriyaya aiddir. 

Bundan başqa Dövlət Departamenti münaqişə ilə əlaqədar Dağlıq Qarabağ  regionuna getməməyi tövsiyə edir.

«Periodik atışma və artilleriya sistemlərinin istifadəsi  hər il insanların ölməsi və yaralanmasına gətirir», - deyə saytda bildirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 11:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com