Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
09:53
406
ABŞ `Ağ dəbilqəlilər`ə 5 milyon dollar yardım edəcək

Birləşmiş Ştatlar Suriyada kimyəvi silah hücumu ilə bağlı müxtəlif şəhərlərdə dəfələrlə saxta görüntülər hazırlayan və dünya ictimaiyyətində Əsəd hökumətinə qarşı nifrət yaratmağa cəhdlər edən "Ağ dəbilqəlilər" adlı təşkilata dəstək olaraq 5 milyon dollar verəcək. FaktXəbər bildirir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
 
Departament açıqlayıb ki, ABŞ "Ağ dəbilqəlilər"in dünyanın ən təhlükəli işini gördüyünü düşünür və gördüyü işlərə dəstək olaraq 5 milyon dollar ayıracaq.

Qeyd edək ki, "Ağ dəbilqəlilər" internetdə dərc olunan roliklərlə əlaqədar dəfələrlə diqqət mərkəzində olub. Kadrların birində göstərilir ki, aktivistlər dağıntılar altından insanları xilas edirlər. Eyni zamanda  sosial şəbəkədə yayılan digər videoda həmin xilasetmə əməliyyatının əslində tamaşa olduğu görünür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ağ dəbilqəlilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-03-2019 15:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com