Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Yanvar

2017
17:35
582
ABŞ HHQ əməliyyatların dayandığı ərazini bombaladı: Dinc sakinlər öldü

Amerika HHQ Suriyanın İdlib əyalətində Sarmada yaşayış məntəqəsinə aviazərbələr endirib. FaktXəbər-in NTV-yə istinadla məlumatına görə, bu barədə Rusiya Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, ABŞ Rusiya tərəfinə xəbərdarlıq etmədən əməliyyat həyata keçirib, nəticədə azı 20 dinc sakin həlak olub.

RF SQ Baş Qərargah rəisi, ordu generalı  Valeriy Qerasimov Müdafiə Nazirliyinin iclasında  deyib ki, Amerika bombardmanına məruz qalan ərazidə atəşkəs elan olunubmuş. Onun sözlərinə görə, yanvarın 3-də Rusiya tərəfinə xəbərdarlıq edilmədən baş verən hücumda  azı 20 nəfər həlak olub.

Qerasimov həmçinin xatırladıb ki, ötən ilin sentyabrın 17-də Amerika aviasiyasının  Deyr əz-Zorda  Suriya Ordusunun mövqelərini bombalaması nəticəsində, İŞİD terrorçuları hücuma keçmişdi.

Suriya hökumətinin məlumatına görə, Deyr əz-Zorda 83 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 10:58

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru