Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Noyabr

2017
12:43
18534
Aşağı Güzdək qəsəbəsində vəhabilər yas mağarını dağıtmaq istəyib - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində radikal vəhabilərlə sakinlər arasında mübahisə ayranıb. Bu barədə "Mynews" saytı video paylaşıb. Görüntülərdə yas mərasimində bir qrup insanın mübahisə etməsi öz əksini tapıb. 

Məlumata görə, davanın səbəbkarı cəmiyyətdə vəhabi kimi tanınan bir dəstə şəxs olub. Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifarədələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə narahatçılıq yaratması ilə bağlı olduğunu bildiriblər. Bir neçə nəfər isə ümümiyyətlə ehsan verilməsinin doğru olmadığını deyib. Nəticədə mərhumun yaxınları ilə vəhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhabiləri yas yerindən uzalaşdırıblar.

Sakinlərin dediklərinə görə, Aşağı Güzdək vəhabilərin kompakt yaşadığı qəsəbələrdən sayılır. Onlar qəsəbədə kütləvi şəkildə torpaq ərazilərini alaraq məskunlaşıblar. Kütləvi sürətdə qəsəbədə məskunlaşan vəhabilər əhali ilə tez-tez konfliktə girirlər və sakinlər də bundan narahatlıqlarını ifadə edirlər. 

Məqalədə : vəhabilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru