Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
10:45
994
Ağ Evdə `İranı vurmaq planı` müzakirə edilib

Ağ Ev Milli Təhlükəsizlik Şurasının keçən il İrana qarşı hücum üçün ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) müharibə planı tələb etdiyi bildirilir.

FaktXəbər-in məlumatına görə, bu barədə Amerikanın "Wall Street Journal" qəzeti yazıb. Keçmiş və vəzifədəki rəsmilərə istinadlı xəbərdə, 2018-ci ilin sentyabr ayında ABŞ-ın Bağdad səfirliyinə qarşı hücumdan sonra Milli Təhlükəsizlik müşaviri Con Boltonun başçılığı ilə Milli Təhlükəsizlik Şurasının İranı vurmaq məsələsini müzakirə etdiyi, Pentaqondan da bu məsələdə hərbi variant tələb etdiyi yazılıb.

Şuranın tələbinin Pentaqon və ABŞ Xarici İşlər Nazirliyini narahat etdiyi yazılan xəbərdə, qeyd edilir ki, Milli Təhlükəsizlik Şurası müşavirinin keçmiş müavini Mira Rikardel Amerika səfirliyinə qarşı təcavüzü "müharibə elanı" kimi səciyyələndirib və ABŞ-ın buna uyğun addımlar atması lazım olduğunu bildirib.

Pentaqonun Şuranın tələbinə cavab verdiyi və İrana qarşı hücum planlarını göndərdiyinə diqqət çəkilən xəbərdə, Ağ Evin bu məsələdə atılacaq addımın üzərində işləyib işləmədiyi, ABŞ prezidenti Donald Trampın bu mövzuda məlumatlı olub olmadığının bilinmədiyi qeyd olunub.

Pentaqon bu barədə şərh vermək istəməyib. Amma "Wall Street Journal" qəzeti Şuranın İraq və Suriyada eyni zamanda hücum təşkil etmək üçün bəzi hərbi planlar istədiyini yazıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ağ Ev İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2019 04:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com