Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
09:59
376
Ağ Ev Assanja qarşı ittiham hazırlayır

Amerika prokurorluğu WikiLeaks-in yaradıcısı Culian Assanja və saytın digər əməkdaşlarına qarşı ittiham hazırlayır. ABŞ Ədliyyə Nazirliyi buna artıq razılıq verib.

FaktXeber.com-un RBK-ya istinadla məlumatına görə, bu barədə The Washington Post xəbər yayıb.

Nəşr bildirir ki, Barak Obamanın dövründə  prokurorluq WikiLeaks-ə necə yaxınlaşacağını bilmirdi, çünki  məxfi materiallarla  təkcə bu sayt deyil, digər Amerika  nəşrləri də məşğul olurdu. Lakin Ağ Evə yeni Administrasiya gəldikdən sonra Ədliyyə Nazirliyi prokurorluğa işə  başqa cürə baxa biləcəyinə işarə vurub.

Prokurorluq tərəfindən hazırlanan sənədin qaralama variantında WikiLeaks əməkdaşlarına qarşı dövlət əmlakının oğurlanması və casusluq qanunun pozulması barədə ittiham əks olunub. Lakin konkret kimin məsuliyyət daşıdığı barədə bildirilmir. 

CNN məlumatına görə, istintaqın yenidən başladılmasına səbəb WikiLeaks-in Edvard Snoudenə MTA-nın  məxfi materiallarının çox hissəsini yayımlamağa kömək etməsi barədə informasiya olunub. Bu hadisədə söhbət təkcə məlumatların dərcindən deyil, oğurluqda iştiakdan gedir.

Bundan əlavə, MKİ rəhbəri Mayk Pompeo ötən həftə  vurğulayıb ki, Assanj hadisəsində ABŞ Konstitusiyasının birinci düzəlişində qeyd olunan söz azadlığından  getmir, çünki WikiLeaks yaradıcısı Birləşmiş Ştatların vətəndaşı deyil.

Qeyd edək ki, WikiLeaks rəhbəri  hələ də Londonda ekvador səfirliyinin əraziindədir.

Məqalədə : Culian Assanj WikiLeaks 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru