Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2009
16:16
`Bin Ladeni tutduq, ABŞ sərbəst buraxdı!`
Pakistan prezidenti Asif Əli Zərdari Pakistanın bütövlüyünə istiqamətli ABŞ hücumları artdıqca, çox dəqiq siyasi mesajlar verməyə başlayıb. Prezident Asif Əli Zərdari təəccüblü açıqlamalar verməyə davam edir. Talibanın CIA tərəfindən qurdurulduğunu açıqladıqdan sonra, indi də 2001-ci ilin dekabrlnda Usamə bin Ladeni tutub ABŞ-a təslim etdiklərini, amma Amerika ordusunun Ladeni sərbəst buraxdığını iddia edib.

Pakistan prezidenti Asif Əli Zərdari Pakistanın bütövlüyünə istiqamətli ABŞ hücumları artdıqca, çox dəqiq siyasi mesajlar verməyə başlayıb. Prezident Asif Əli Zərdari təəccüblü açıqlamalar verməyə davam edir. Talibanın CIA tərəfindən qurdurulduğunu açıqladıqdan sonra, indi də 2001-ci ilin dekabrlnda Usamə bin Ladeni tutub ABŞ-a təslim etdiklərini, amma Amerika ordusunun Ladeni sərbəst buraxdığını iddia edib.

FaktXeber-in verdiyi məlumata görə, Amerikanın NBC televiziyasının "Mətbuat konfransı" proqramına müsahibə verən Zərdari, yoldaşı Bənazir Buhuttonun baş nazir olduğu dövrdə, ABŞ hökumətinin səhvlərini ehtiva edən məlumatlar açıqladığını söyləyib. Zərdari belə əlavə edib: "Yoldaşım Bənazir Buhutto 1989-cu ildə ABŞ-ı Bin Laden mövzusunda xəbərdar etdi. Buş rəhbərliyi və onun qərargahlarına sorğu göndərdi.

Pakistan dövlətini qarışdırmaq üçün işlərmi aparırsınız? 10 milyon dollar Pakistan müxalifətinə buna görəmi kömək etdiniz? Müsəlman bir ölkədə seçilən ilk qadın baş nazir idi yoldaşım. Və bu planlardan xəbərdar olduğumuzu ABŞ tərəfinə bildirdik."

TORA BORADA USAMƏ BİN LADEN OVU

Pakistan güclərinin ABŞ-la birlikdə Əfqanıstan dağlarında əməliyyat apardığını bildirən Zərdari, Pakistan ordusunun Tora Bora dağlarında Usamə bin Ladeni tutduğunu, Amerika güclərinə tesilm etdiyini, amma ardından ABŞ əsgərlərinin onu sərbəst buraxdığını söyləyib.

2001-ci ilin dekabr ayında, yəni 11 sentyabrdan üç ay sonra tutulan Ladenin indi yaşadaığına inanmadığını söyləyən Zərdari, CIA-nın səkkiz ildir Ladendən xəbər ala bilmədiyindən də məlumatlı olduğunu söyləyib. Zərdari ayrıca olaraq, Vaşinqton və müttəfiqlərinin Ladenin Tora Bora dağlarında gizləndiyinə dünyanı inandırmasının arxasında başqa planlar olduğunu qətiliklə söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
160

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
198

Gürcüstan Qüdsdə səfirlik açdı

23

Yanvar
14:39
DÜNYA
244
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 18:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru