Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2009
12:43
Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi bərpa olunub
Sabunçu rayonunun Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi dekabrın 5-i gecə saatlarında bərpa olunub

Bu barədə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T. Mustafayevin sözlərinə görə, qəsəbəyə enerji verilişinin bərpası ötən gün Sabunçu rayon İcra Hakimiyyəti və «Bakıelektrikşəbəkə» rəsmiləri ilə Nardaran ağsaqqalları arasında keçirilən görüşdən sonra olub.

Səhmdar cəmiyyətinin sözçüsü onu da əlavə edib ki, analoji hal ötən il də yaranıb. Buna səbəb Nardaran sakinlərinin kənddə sayğaclaşmaya qarşı çıxması olub: «Onlar sayğaclaşmaya qarşı çıxır və bu iş üçün qəsəbəyə gələn əməkdaşlarımıza mane olurlar. Dünənki danışıqlara baxmayaraq, eyni hal bu gün səhər də təkrarlanıb»(apa).

Qeyd edək ki, Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi dekabrın 1-dən dayandırılıb. Buna etiraz olaraq, qəsəbə sakinləri dekabrın 4-də mərkəzi meydana toplaşaraq, təkərlər yandırıb, nəqliyyatın hərəkətinə maneələr törədiblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43744

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43672

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43138

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48663

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43115

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 06:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru