Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2009
19:30
Bölgə DSK-larına göstəriş verilib
Müsavat Partiyasının namizədlərini qeydə almamaq barədə

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İlk olaraq bələdiyyə seçkilərinin gedişi haqqında məlumat verilib. Qeyd olunub ki, Müsavat namizədlərini seçkidən uzaqlaşdırmağa çalışan hakimiyyət namizədlərin qeydə alınması prosesində də ciddi qanun pozuntularını davam etdirib. Bölgələrdə bir qayda olaraq İcra Hakimiyyətlərinin nəzarəti altında fəaliyyət göstərən DSK-lara nəyin bahasına olursa-olsun Müsavat Partiyasının namizədlərini qeydə almamaq tapşırığı verildiyindən, görünməmiş özbaşınalıqlara yol verilib. Hətta bəzi yerlərdə artıq namizədliyi qeydə alınmış müsavatçıların namizədliyi sonradan ləğv edilib. Seçki komissiyalarının fəaliyyətini diqqətdə saxlamaq və namizədlərin qeydə alınması mərhələsi başa çatdıqdan sonra bu mərhələ haqqında ümumi münasibət bildirilməsi qərara alınıb.

       Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə İsa Qəmbər Barselona səfəri haqqında Divana ətraflı məlumat verdi. Divan üzvləri Müsavat Partiyasının beynəlxalq əlaqələrinin inkişafı, Qərbin bölgə ilə bağlı siyasəti və Güney Qafqazda gedən proseslər baxımından verilmiş informasiyaların çox əhəmiyyətli olduğunu qeyd etdilər.

       Azərbaycan-Ermənistan danışıqları çərçivəsində aparılmış Münhen danışıqları  haqda da müzakirə aparlıb. Qeyd edilib ki, bu yöndə müəyyən hərəkətlilik hiss olunur və Divan prosesi diqqətdə saxlamalıdır.

       Daha sonra Sumqayıtın kimya müəssisələrində yaranmış məsələ  müzakirə edilib. Qeyd edilib ki, “AzərKimya” şirkətinə  məxsus müəssisələrdə çalışan 8 mindən çox işçi 3 aydan artıqdır ki, maaş ala bilmir. Buna etiraz edən, haqqını  tələb edən işçilər təqib olunurlar, işdən çıxarılırlar. İş o yerə çatıb ki, “AzərKimya” şirkəti məhkəmə qərarlarını icra etməkdən də imtina edir. Yaranmış vəziyyət haqqında ayrıca bəyanat verilməsinə qərar verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54076

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52194

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53374

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58723

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52999

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53398
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 06:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru