Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2009
11:58
NATO ƏFQANISTANDA SİVİL VƏTƏNDAŞLARI ÖLDÜRÜR
NATO hərbçləri Əfqanıstanda vətəndaşları Taliban adı altında öldürür

FaktXəbərin verdiyi məlumata görə, Hollandiya hərbçilərinin NATO-nun nəzdində fəaliyyət göstərən CİA və Almanlarla birlikdə Əfqanıstanda sivil vətəndaşları öldürdüyü faktlar ortaya çıxıb. Almaniyanın rəsmi televiziya kanalı "ARD"-nin xəbər proqramı olan Monitor, Almaniya əsgərlərinin də olduğu Əfqanıstanda, Hollandiya xüsusi təyinatçıları ilə 2002-ci ildə CİA ilə birlikdə həbsdən qaçan əfqanların qətlə yetirildiyi şəkilləri aşkar edib. Almaniya telekanalının təqdim etdiyi foto-şəkillərdə Hollandiya və Almaniya əsgərlərinin birlikdə keçirdiyi əməliyyatlar zamanı, forması olmayan, silahsız, hətta ayaqlarında ayaqqabıları belə olmayan, başlarından vurularaq öldürülmüş halda insanlar öz əksini tapıb. Qeyd edək ki, artıq olayla əlaqədar Hollandiya Müdafiə nazirliyi, adı çəkilən hadisənin həqiqətən də baş verdiyini təsdiqləyib. Lakin qətlə yetirilmiş insanları göstərən şəkillər haqqında  Hollandiya Müdafiə nazirliyi heç bir şərh verməyib. Xatırladaq ki, şəkilləri araşdıran mütəxəssislər, öldürülən əfqanların bəzilərinin ayaqlarında ayaqqabı belə olmadığını, tutulduqdan sonra çox yaxından başlarına güllə vurularaq qətlə yetirildiklərini ifadə ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
299

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
232

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
265

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
244

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
261

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2020 19:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru