Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2009
10:40
Əhməd Davudoğlu erməni diasporuna müraciət edib
"Birmənalı düşüncənin əsirliyindən qurtulun, mən də babalarımın çəkdiyi əziyyətləri bilirəm"

Fransada səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ölkədəki həmkarı Bernard Kuşnerlə görüşüb və bu görüşün yekunlarına dair mətbuat konfransı keçirib.  Əhməd Davudoğlu çıxışının sonunda dünyadakı erməni diasporuna müraciət edib. Türkiyənin sülh və sabitlik üçün bütün qonşuları ilə yaxşı münasibətlər qurmaq istədiyini xatırladan Əhməd Davudoğlu erməni diasporuna səslənərək, bütün ermənilərlə yaxın əlaqə qurmaq istədiklərini bildirib: “Beyrutdakı, Parisdəki ermənilərlə də yaxşı münasibət yaratmaq istəyirik. Ədalətli bir yaddaş hamı üçün faydalı olacaq. Buna baxmayaraq, hamı kədərindən və tarixdən danışsa, sülhü və gələcəyi birlikdə qura bilmərik. Birmənalı düşüncənin əsirliyindən qurtulun. Mən də babalarımın çəkdiyi əziyyətləri bilirəm. Balkan və Qafqaz ölkələrində zorla köçə məcbur edilən insanların çəkdiyi əziyyətdən xəbərim var”. Müştərək bir yaddaşla gələcəyin daha yaxşı qurulacağını deyən Əhməd Davudoğlu, bu məqsədlə yeni bir baxış, yeni bir üfüq təklif etdiklərini və yeni tarix komissiyasının qurulmasını istədiklərini bildirib.

Erməni jurnalistin “Konfransda İrana qarşı sanksiyaların əleyhinə olduğunuzu demişdiniz, Amma özünüz illərlə ermənilərə qarşı sanksiya tətbiq edirsiniz. Bu vəziyyəti necə açıqlaya bilərsiniz?” sualına nazirin cavabı sərt olub. Türkiyənin regiondakı bütün sanksiyalara qarşı olduğunu və bunun üçün konkret addımlar atdığını deyən Əhməd Davudoğlu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və insanları qaçqın vəziyyətinə salmasının da bir embarqo olduğunu xatırladıb: “Torpaqlarının 20 faizini işğal edərək insanlarını məcburi köçkün, qaçqın vəziyyətinə salmaq də embarqo tətbiq etməkdir. Bu insanlar evlərinə qayıda bilmirlər. Biz də bu vəziyyətin aradan qaldırılmasını istəyirik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
269

Rusiyanın Liviya planı: 5+5

28

Yanvar
16:19
DÜNYA
440

Putin Vahid Ələkbərovla görüşəcək

28

Yanvar
15:54
DÜNYA
307

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
411

Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

28

Yanvar
15:40
HÜQUQ,HADİSƏ
301

Su sayğaclarını oğurlayanlar ələ keçib

28

Yanvar
15:28
HÜQUQ,HADİSƏ
301

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
282

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 05:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru