
Bakıda sürətli internet istəyənlər bir az da gözləməli olacaqlar. Sentyabr-oktyabr aylarına qədər paytaxt ATS-lərinin elektronlaşmasının başa çatacağı planlaşdırılsa da, prosesin gələn ilin ortalarınadək uzanacağı görünür. ATS-lərin elektronlaşması ilə internetə daha asan qoşulmaq mümkün olacaq. Məsələn, internetə yüksək sürətlə qoşulma imkanı verən «ADSL» vasitəsilə (ADSL - internetə telefon danışığına mane olmadan qoşulur).
BOŞ PORT YOXDUR
Günəşli yaşayış massivinin sakini Şaiq Məmmədov bir müddətdir ADSL-ə qoşulmağa çalışsa da, alınmır. Telefon qovşağından deyirlər ki, boş port yoxdur: «Haradasa 4-5 gündür zəng edirəm, deyirlər ki, yer yoxdur, qutu olmalıdır, o yoxdur. Deyirlər ayda bir dəfə - iki dəfə zəng edin, yer olan kimi sizə deyəcəyik. Qoşulmaq üçün yer yoxdur.
Bakıda ATS-lərin çoxu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaratdığı provayderin - «Bakinternet»in İnternet xidmətini təklif edir. Oktyabr ayından isə «Bakinternet»in xidmətlərinin 90 faizi ATS-lərə verilib. Elə Şaiqin müraciət etdiyi Nizami Telefon Qovşağında da «Bakinternet»in işçiləri oturub.
Şaiq hesab edir ki, hər bir ATS yalnız özündə olanı irəli çəkmək istəyir, başqa sözlə inhisarçılıq var.
- Mən ADSL-ə qoşulmaq istəyirəm, bilmək istəyirəm 77-ci ATS-də bu imkan varmı?
- 77-yə hələ boş portumuz yoxdur.
- Boş portunuz yoxdur. Bu nə deməkdir?
- Avadanlıq yoxdur, yer yoxdur qoşmağa.
- Bəs bu telefon qovşağı deyil - Nizami Telefon Qovşağı?
- Nizamidir, ancaq «Bakinternet»dir. «Bakinternet»də yer yoxdur. Özəlləri özünüz gedib öyrənməlisiniz.
- Bəs nə vaxt boş port olacaq?
- Bilmirəm, tez-tez zəng vurun, yer olanda gəlib qoşularsınız.
İnternet mütəxəssisləri deyir ki, bir sıra özəl provayderlər olsa da, onların ATS-lərlə işləməsinə imkan verilmir. Bu da dövlətin yaratdığı provayderi dəstəkləməsinə görədir. AzadlıqRadiosunun «Qaynar Xətt»inə zəng edən bəzi dinləyicilər isə deyirlər ki, bir neçə ildir özəl «Azeurotel» provayderinə müraciət edərək onların ADSL xidmətinə qoşulmaq istəyirlər, amma hər dəfə «Azeurotel»dən deyirlər ki, onları konkret ATS-lərə buraxmırlar...
AYRISEÇKILIK SALIRLAR
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakıda «Bakinternet»in, rayonlarda isə «Aztelecom»un inhisar yaratdığını bildirir. O, hesab edir ki, ATS-lərin ADS-lə qoşulması üçün həm fiziki, həm də texnoloji problemlər var.
«Bayılda 91 ATS-nə provayderləri yaxın buraxmırlar ki, bizim fiziki olaraq sizin şkafları yerləşdirmək imkanımız yoxdur. Ora şkaf qoymalıdırlar. Bəzi ATS-lərdə müəyyən ötürmə problemlər var, kabelləri, infrastrukturu ona imkan vermir. Ayrıseçkilik salırlar. Bir provayderin quraşdırmağa imkanı yoxdur, amma başqası var, o ləngidir ki, bu provayder lazımi avadanlığı quraşdırsın. Necə ki, Azercell-ə Azerfon arasında. Azerfonun 3G-ni tətbiq etməyə imkanı yoxdur, ona görə vaxtı uzadırlar ki, Azercell bu imkanı yaratsın, infrastrukturu qursun, sonra ikisinə də verərlər».
Ancaq sürətli internetini təmin edəcək, provayderlərin işinə nəzarət edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi deyilənləri inkar edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirir ki, internetlə bağlı problemlər ATS-lər elektronlaşandan sonra həll olunacaq. Bu prosesin isə bu ilin sonunadək, ya da 2010-cu ilin birinci rübü ərzində başa çatması gözlənilir.
«Biz hissə-hissə həyata keçiririk. Telefon ATS-lə elektronlaşdırıldıqca xidmətlərin kəmiyyəti və keyfiyyəti də yaxşılaşdırılır. Harada ki, yoxdur, bu sistem həyata keçiriləcək». Azərbaycanda «Bakinternet»dən başqa ADSL xidmətini 20-dən çox provayder təklif edir. ADSL-ə ən ucuz qoşulma tarifi 9 manatdır. // Azadlıq Radiosu

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi