Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2009
12:22
BMT, Goldstone hesabatını qəbul etdi
İsrailin Qəzzada törətdiyi hərbi cinayətlər beynəlxalq səviyyədə təsdiqləndi

FaktXəbərin verdiyi məlumata görə, BMT-nin Baş Assambleyasında İsrail və Həması Qəzzada keçən il dekabr ayında baş verən qarşıdurmalarda hərbi cinayətlər törətmək və Beynəlxalq İnsan Haqqlarını pozmaqda günahlandıran, eyni zamanda iki tərəfdən də istintaqın açılmasını istəyən "Goldstone" Hesabatı  qurum tərəfindən qəbul olunub. Qeyd edək ki, 192 ölkənin üzv olduğu qurumda hesabatın təsdiqlənməsi üçün keçirilən səsvermə zamanı, aralarında Türkiyənin də olduğu 114 ölkə hesabatın qəbul olunması üçün "lehinə" səs verib. Nəzərinizə çatdıraq ki, səs vermə zamanı, aralarında ABŞ və İsrailin olduğu 18 ölkə bu hesabatın qəbul olunmaması üçün "əleyhinə" səs verib. Eyni zamanda 44 ölkə də səsvermə zamanı bitərəf mövqedən çıxış edib. Xatırladaq ki, BMT-nin  Baş Assambleyasında qəbul olunan Goldstone hesabatında, İsrail və Həmasın Qəəzada hərbi cinayət törətdiyini aşkar etmək üçün 3 ay ərzində istintaq işlərinin tamamlanması nəzərdə tutulur.  Məlumat üçün bildirək ki, artıq sionist İsrail höküməti tərəfindən qəbul olunan hesabatınarazılıqla qarşılanıb və bu qərara heç bir əhəmiyyət verilməyəcəyi bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
144

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
234
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 17:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru