Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2009
15:12
Rəfsəncani ABŞ-ı siyasətini dəyişməyə çağırır
"ABŞ Prezidenti Barak Obama dəyişiklik haqqında verdiyi vədlərinə görə seçilib"

Press TV-nin verdiyi məlumata görə, İranın Məsləhət Şurasının rəhbəri hesab edir ki, Tehranla Vaşinqton arasında münasibətlərdə müsbət irəliləyiş görmək üçün ABŞ Prezidenti özünün "dəyişmələr haqqında" şüarını həyata keçirməlidir. İranın Məsləhət Şurasının rəhbəri ayətulla Əli Əkbər Haşimi Rəfsəncani İsveçrənin Tehrandakı səfiri Livi Leu Aqosti ilə görüşü zamanı deyib ki, ABŞ Prezidenti Barak Obama dəyişiklik haqqında verdiyi vədlərinə görə seçilib. O əlavə edib ki, bir çoxları yeni prezidentin ABŞ siyasətində inqilab edəcəyini gözləyirdi, amma o, hələ ümidləri doğrultmayıb.

Rəfsəncani oktyabrın 1-də İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (İngiltərə, Çin, Fransa, Rusiya, ABŞ) və Almaniya ilə görüşün keçirilməsi üçün İranda ABŞ maraqlarını qoruyan İsveçrəyə təşəkkürünü bildirib. Rəfsəncani ümidvar olduğunu bildirib ki, "altılıq" gələcək danışıqlarda müsbət mövqe tutacaq. Aqosti rəsmi Bernin Tehranla Vaşinqton arasında etibarın möhkəmlənməsinə səbəb ola biləcək potensialına işarə edərək, İranla "altılıq" ölkələri arasındakı gələcək danışıqların müsbət əməkdaşlığa gətirib çıxaracağına ümid etdiyini bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
390

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
290

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
301

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
277

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
402

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
381

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
581
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 15:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru