Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2009
10:10
Berluskoni çətin vəziyyətə düşüb
İtaliyada toxunulmazlıq qanunu ləğv edildi


İtaliyada baş nazir Silvio Berluskonini də yaxından maraqlandıran toxunulmazlıq qanunu, Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi.
Konstitusiya Məhkəməsi səs çoxluğuyla, Alfano Qanunu olaraq bilinən bu qanunun konstitusiyaya zidd olduğuna qərar verib.

Qanunun ləğviylə Berluskoninin mühakimə olunması mümkün olacaq.

Anayasa Məhkəməsi İtaliyada dövlət başçısı, baş nazir, senat və məclis başçılarına vəzifə səlahiyyətləri tərəfindən toxunulmazlıq haqqı verən qanunun ləğvi istiqamətində qərar verdi.

Məhkəmə, mövzuyla əlaqədar qanuni tənzimləmənin mövcud konstitusiyayla uyğun gəlmədiyinə; toxunulmazlıq mövzusunda normal bir qanuni tənzimləmənin kafi olmayacağına; bunun üçün konstitusiya dəyişikliyinə ehtiyac olduğu qənaətinə gəlib.

Beləcə, Berluskoni hökumətinin toxunulmazlıq mövzusunda çıxardığı ikinci qanun da Konstitusiya Məhkəməsi maneəsinə ilişmiş oldu.

Qeyd edək ki, Berluskoni rəhbərliyindəki sağ mərkəzçilərin bir neçə il əvvəl çıxardığı ilk qanun, 2004-cü ilin əvvəlində Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdi.

Konstitusiya Məhkəməsi həmin zaman toxunulmazlıq qanununun bərabərlik qanunuyla uyğun gəlməməsi səbəbiylə ləğvi istiqamətində qərar vermişdi.

Qanunun ləğvi, Berluskonini sui-istifadə və rüşvətlə günahlandıran, ancaq toxunulmazlıq qanunu səbəbiylə təxirə salınan iki iddianın yenidən gündəmə gətiriləcəyini də mümkün etdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
156

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
325

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
266

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
219

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
312

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
3146
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2019 18:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru