Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2012
10:26
1468
MİLLİ QƏHRƏMAN - İBRAHİMOV RASİM SƏXAVƏT oğlu
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb

18 aprel 1962-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1979-cu ildə məktəbi bitirmişdir. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilir. 1988-ci ildə Bakıya qayıdır. 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır. Bu tabor Füzuli rayonunu mərdliklə qoruya bilirdi. Onların taboru 1992-ci il 26 iyun Tuğ kəndi uğrunda döyüşə girirlər, onlarla erməni yaraqlısını məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər, bu zaman cəsur döyüşçü komandir İbrahimov Rasim döyüşçü dostlarını xilas etmək üçün əl qumbarası ilə özünü həlak edir Rasimin son sözləri belə olur: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”

Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çilov adasında abidəsi ucaldılıb, qəhrəmanımızın adına burada bağ salınıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
54

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
335

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
153

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
138

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
56
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 06:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru