Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2009
11:22
Evakuatorların sürücülərdən aldığı cərimələr ciblərə axır
Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadovanın sözlərinə görə, yol polisləri avtomobilləri evakuatorlarla cərimə meydançalarına apararkən vətəndaşlara heç bir çek vermədən cərimə alır və qeydiyyat aparmır

Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadovanın sözlərinə görə, yol polisləri avtomobilləri evakuatorlarla cərimə meydançalarına apararkən vətəndaşlara heç bir çek vermədən cərimə alır və qeydiyyat aparmır: "Dövlət yol polisi hər hansı sürücünü yolda saxlayıb cərimə edirsə və ya evakuator avtomobili cərimə meydançasına aparırsa, sürücü onlara ödədiyi dövlət rüsumuna görə çek almalıdır. Həmin ödənilən məbləğ qeyd olunmalı və dövlət büdcəsinə köçürülməlidir. Birincisi nə Dövlət Yol Polisi əməkdaşları, nə də evakuatorlar sürücünü cərimələyəndə ona heç bir çek vermir. Hər sürücüyə bir cərimə məbləği deyilir. Cərimələr 20 manatdan 70 manata kimi tətbiq edilib. Cərimələrin ödənilməsi vaxtı isə yol polislərə sürücülərə süni baryerlər yaradırlar. Sürücüdən   minimum 50 manat cərimə alırlar. Hüququnu tələb edən sürücünü isə təzyiqlərlə susdururlar. Polislər deyirlər ki, guya sürücü Respublika Dövlət Yol Polisinə gedib cəriməni orda ödəməli, həmin qurumdan çek gətirəndən sonra avtomobil geri qaytarılmalıdır. Bu adla da sürücünü aldadıb ona ödədiyi cəriməyə görə qəbz vermirlər. Belə olfn halda polislər həmin pulları dövlət büdcəsindən yayındırır. Maraqlıdır, əgər sürücüyə ödədiyi cəriməyə görə verilmir və rəsmiləşdirilmirsə, həmin pulların aqibəti necə olur və kimin cibinə gedir. Gün ərzində onlarla avtomobil cərimə meydançalarına gedir və orada sürücüləri soyurlar. Cərimə meydançasında ödənilən cərimədən əlavə sürücüdən evakuatorun, meydança nəzarətçisinin pulu və sair bəhanələrlə rüşvətlər alırlar. Alınan pullar isə dövlət büdcəsinə keçirilmir. Biabırçılıq odur ki, sürücüdən cərimə meydançasında avtomobilə nəzarət edilməsinə görə haqq alınsa da, həmin ərazidə avtomobilə hər hansısa bir xəsarət yetiriləcəyi təqdirdə meydança qarovulçusu buna görə məsuliyyət daşımır. Bu birbaşa vergidən yayınmadır. Sürücülərdən gün ərzində yığılan külli miqdarda vəsaitin hesabatı aparılmır". olaylar

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43381

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41658

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43306

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42757

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48279

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42818

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 16:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru