Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2012
10:54
SABUNÇU-ZABRAT YOLU AÇILDI
Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahəsi tam istifadəyə verilib

FaktXeber.com-un verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən iyunun 5-də təmirlə əlaqədar bağlanan şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahəsi tam istifadəyə verilib. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahədə 300 metrlik yol bağlı qalmışdır ki, bu gün səhər saatlarında sözügedən yol hərəkət üçün tamamilə açılıb. Hazırda bu hissədə xətləmə işləri və Babək küçəsində 18 metrdən 22 metrədək genişləndirilən 200-250 metr hissənin asfalt-beton örtüyü ilə çəkilməsi işləri qalıb ki, bu işlər də yaxın 2-3 günə başa çatdırılacaq.

Mürsəliyev həmçinin qeyd edib ki, Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahə avtomobillərin hərəkəti üçün tam istifadəyə verilib.

Emin Nəsirli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4712

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3202

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2566

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 12:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru