Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2009
11:33
Zibillikdən yığılan plastik qablar
Təkrar istehsala qaytarılır

Dünyanın bir çoõ ölkələrində içmək üçün istifadə edilən suyun plastik qablarda satışına qadağa qoyulub. Bu proses bir sıra Avropa ölkələri ilə yanaşı artıq bəzi keçmiş sovet ölkələrində də tətbiqlənib. Məsələn, Latviyanın ekologiya naziri ölkəmizdə səfərdə olarkən yurnalistlərlə söhbətində bildirdi ki, bu cür tədbirlər Latviyada artıq həyata keçirilir. Belə ki, plastik qablarla yanaşı, həm də plastik torbalar da ləğv olunub və onlar plastik kağız sellofanlarla əvəzlənib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da bu təcrübənin ölkəmizdə tətbiqlənəcəyini vacib bilsə də, hələlik plastikdən istifadə bizdə geniş surətdə davam edir. Məsələnin açınacaqlı olan digər bir tərəfi isə həmin plastik qabların bu gün zibilliklələ tullandıqdan sonra yenidən istifadə edilməsidir. Məsələn, hazırda "Nəsimi" metrostansiyasının yayınlığında yaradılan sünii zibilõanada yüzlərlə bu cür tullantıya rast gəlmək olar. Mütəmadi olaraq həmin plastik qabların ayrı-ayrı vətəndaşlar tərəfindən daşınaraq harayasa təhvil verildiyini də müşahidə etmək mümkündür. Bütün bunlarda yanaşı satışda günəş şüaları altında günlərlə qalan plastik qablardakı suların şıdırğı alveri də davam edir. Həmçinin hazırda apteklərdə satışa çıõarılan azyaşlıların qidalandırılması üçün nəzərdə tutulan qabların çoõu da plastikdən hazırlanır. Bu gün demək olar ki, bütün görpələr həmin qablar vasitəsilə qidalandırılırlar. Uşaq orqanizminin zərifliyini nəzərə alsaq, bu məhsulun onlara nə qədər mənfi təsir göstərə biləcəyini təsəvvür etmək olar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə hesab edir ki, õarici ölkələrdə plastikaya qoyulan qadağanın bizdə də həyata keçirilməsinin vaõtı çatıb: "Artıq Avropa və ABŞ-da plastik qablaşdırılmaya olan tələb maksimal sürətdə azalıb. Bu qablar ekologiyaya ciddi zərər vurmaqla yanaşı həm də müõtəlif õəstəliklərin yaranmasına səbəb olur. Bu gün sözsüz ki, plastik qablarda suyun qablaşdırılması istehsalçıya hər tərəfdən səmərəlidir. Çünki şüşədən fərqli olaraq, bu qablar qırılmır və onların daşınması daha asandır. Ona görə də, istehsalçılar plastiklə vidalaşmağa tələsmir. Hələlik bu qabların insan orqanizminə vura biləcəyi zərər dəqiq müəyyənləşdirilməsə də, dünya alimləri hesab edir ki, plastik butulkaların hazırlanmasında istifadə edilən bifenol A insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir. Bifenol A hazırda su və pivə qablarının, uşaq butulkalarının, oyuncaqların, məhsulların qablaşdırılmasında geniş istifadə olunur. Araşdırmalar göstərib ki, bu maddə insanın immun və əsəb sisteminə olduqca ciddi və mənfi təsir göstərir. Bu kimi problemlərdən qaçmaq üçün alınan məhsulun saõlama müddətinə baõmaqla yanaşı, şüşə qablarda qablaşdırılmış məhsul almaq da məsləhət görülür". olaylar

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18779

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17372

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18777

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18302

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23831

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18266

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18405
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 15:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru