Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2021
10:58
Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır. Məktəblilər arasında “Məktəblilər arasında şahmat turniri”nin, eləcə də idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planına təhsil müəssisələrində mütəmadi olaraq Vətən müharibəsi, əsgər və zabitlərimizin şücaəti, Anım və Zəfər günləri ilə bağlı mövzuların ümumi təhsilin məzmununa inteqrasiyası və tədrisinin təşkili, təhsilalanların Vətən Müharibəsi Memorial Kompleksinə, Zəfər Muzeyinə ekskursiyalarının təşkili, şəhidlərin anım günlərinin keçirilməsi, onların məzarlarının ziyarət edilməsi, həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması daxildir. Eləcə də, təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlər, qazilər, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri ilə görüşlərin təşkili, şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi planlaşdırılır.

Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək, həyata keçirilən quruculuq işləri barədə təhsilalanlara məlumatlar veriləcək, videomateriallar nümayiş olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
100

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
105

Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür

20

Oktyabr
09:16
BÖLMƏNİ DÜZ SEÇ!
110

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
252

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
263

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 10:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru