Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2021
12:21
Anar Bağırov hakimləri tənqid etdi

Vəkillər Kollegiyasının sədri Anar Bağırov məhkəmə hakimlərinə müraciət edib.

Sədr son vaxtlar vəkillərin məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən narazı olduğunu bildirib.

O, qanunvericiliyin rədd edilən vəsatətin əsaslandırılmasını məcburi etdiyini bildirib:

“Bu kimi hallar ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və görülən işlərə kölgə salır. Vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Məhkəmə cinayət təqibi ilə bağlı məsələlərin hərtərəfli və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir”.

A.Bağırov dünya təcrübəsindən misal gətirərək bildirib ki, Strasburq Məhkəməsi hesab edir ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir:

“Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi bütün faktiki halların araşdırılmaması hesab edilir. Yəni müdafiə tərəfin əsaslandırılmış vəsatətinin məhkəmə tərəfindən heç bir səbəb və əsaslandırma olmadan rədd edilməsi həmin iş üzrə məhkəmə qərarının yuxarı instansiya məhkəməsində ləğv edilməsi üçün əsasdır.

Dəyərli vəkil həmkarlarımı bu cür hallara yol verildiyi halda, məhkəmələr qarşısında heç bir əsas və səbəb göstərilmədən rədd edilən vəsatətləri yenidən qaldırmağa və bu halları mütləq həmin qərarlardan verilən şikayətlərdə əks etdirməyə çağırıram”.

Məqalədə : Anar Bağırov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
237

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
205

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
216

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
813

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
1000

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
1009
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 12:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru