Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2021
12:19
İcra Hakimiyyətindən intihara cəhd edən qazinin iddialarına - Münasibət

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Vətən müharibəsi qazisi Bəhram Nuriyev feysbuk səhifəsində canlı yayım açaraq intihara cəhd edib. 

Qazi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirib və hazırda orada müalicə alır. B. Nuriyev bundan öncə sosial şəbəkə hesabında yazdığı statuslarında qeyd edib ki, yardım və ya maddi köməklik istəmir. O, yaşadığı Qəbələ rayonunun İcra Hakimiyyətinə müraciət edib: “Sadəcə gəlin, arada bir maraqlanın görək Vətən uğrunda sağlamlığını itirənlər necə yaşayır?! Elə də çox uzaq məsafə deyil şəhərdən...”

Digər bir statusunda isə qazi müharibədən sağ çıxdığı üçün dediyi qurbanlıq qoyunu 9 aydır hələ də ala bilmədiyini yazıb.

Qazinin sadaladığı məsələlərlə bağlı Qəbələ rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arif Allahverdiyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq indiyə qədər Bəhram Nuriyevlə dəfələrlə görüşüb köməklik göstərdiklərini bildirdi: 

“Bizim şöbə müdiri bayramlarda onun evində olub, sovqat aparılıb və özü ilə söhbətləşib. Dünən də həm evinə sovqat aparılıb, həm də medalı təqdim olunub. Qazimizin özü ilə bir neçə dəfə görüşmüşük və müalicəyə ehtiyacının olub-olmamasını soruşmuşuq. Deyib ki, bizim heç nəyə ehtiyacımız yoxdur. Bizim rayonun təşəbbüsü ilə Qəbələyə həkimlər gətirilmişdi və hotelə yerləşdirilərək 10 gün ərzində qazilərimizi müalicə elədilər. Əgər psixoloji probleminin olduğunu bilsəydik, onu da ora cəlb edərdik. Onun həmişə bizim gözümüz üstündə yeri olub. İşimizin adı nədir?! Qazilərimizə, şəhid ailələrinə qulluq etməkdir”. 

Adıçəkilən qazi eyni zamanda, aidiyyəti qurumların səhhəti ilə bağlı doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın düzgün olmadığını iddia edir. B. Nuriyevin sözügedən iddiaları ilə bağlı da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan gün ərzində cavab veriləcəyi bildirildi. 

Qeyd edək ki, Bəhram Nuriyev 1990-cı ildə Qəbələ rayonunun Yengicə kəndində anadan olub. O, Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Şuşanın azad olunmasına görə” medalı iə təltif edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
151

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
165

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
200

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
339
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 21:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru