Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2021
11:46
Operativ Qərargahın bu qadağaları ləğv edilə bilər - VİDEO

Koronavirus səbəbindən bir ildən artıqdır ki, bağlı olan obyektlərin fəaliyyətinə qoyulan qadağa aradan qaldırıla bilər.

Xəzər TV xəbər verir ki, söhbət uşaq əyləncə mərkəzləri, kinoteartlar, hamamlar və oyun zallarından gedir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli hesab edir ki, Azərbaycan vaksinasiya prosesinə erkən başlayan, koronavirusla mübarizə sahəsinə öz töhfəsini verən sayılı ölkələrdəndir. Elə buna görə də müəyyən şərtlər əsasında məhdudiyyət tətbiq edilən sahələrin fəaliyyətinə tədricən icazə verilə bilər.

Millət vəkilinin fikrincə, adı çəkilən sahələrə icazə verildikdən sonra bir müddət xüsusi nəzarətdə saxlanılmalıdır. Amma yoluxma sayı bu sahələrə görə artarsa, məhdudlaşdırıcı addımlar atılmalıdır.

Vətəndaşlar isə ümid edirlər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri yenidən nəzərdən keçirəcək və müvafiq qərar qəbul edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
849
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 08:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru