Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2021
12:45
Ruhani İranda su qıtlığı ilə bağlı aksiyalara münasibət bildirib

“Xuzestan camaatının etiraz etməyə haqqı var. Bu arada onlardan olmayan kimsə silahdan istifadə edə və iğtişaş yarada bilər. Xuzestan camaatından istəyimiz budur ki, problemi qanuni yollarla həll etsinlər. Belə anlarda pis şüarlar səsləndirənlərin hesab-kitabının camaata aidiyyatı yoxdur.”

İSNA xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Nazirlər kabinetinin iclasında deyib.

O, Xuzestanda su qıtlığı ilə bağlı başlamış etiraz aksiyalarına ilk dəfə olaraq münasibət bildirib və camaatın etiraz etməyə haqqı çatdığını bildirib.

O aksiyaçıları etirazlarını qanuni yolla həyata keçirməyə çağırıb.

Həsən Ruhani əlavə edib ki, köməkçilərindən birini məsələnin həlli üçün Xuzestana göndərib.

Qeyd edək ki, Xuzestanda su qıtlığı ilə bağlı dörd gün öncədən başlayan etiraz aksiyalarında və etirazlar zamanı baş verən iğtişaş və toqquşmalarda bir polis və bir etirazçı həyatını itirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
562

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
693

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
698

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
769

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
740
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 20:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru