Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2021
10:05
Peyvənd olunanlara karantin vaxtı bu güzəştlər edilə bilər

Məlumdur ki, son bir neçə həftə ərzində Azərbaycanda koronavirusa yoluxma statistikasında artım müşahidə olunur. Səhiyyə rəsmiləri dəfələrlə yoluxmanın bu templə davam edəcəyi təqdirdə, yenidən sərt karantin rejiminə keçidin qaçılmaz olduğunu açıqlayıblar. Pandemiyanın ümumi sönməsi isə hələ ki, yalnız kütləvi vaksinasiya ilə mümkündür. Amma hələ də bir çox insan COVID-19 əleyhinə peyvəndə etinasız yanaşır, prosesdə lazımi qədər aktiv iştirak etmirlər.

Dünyanın bir çox ölkələrində kütləvi vaksinasiya proqramlarının davam etməsi fonunda vaksin pasportu və onun müxtəlif ölkələrin vətəndaşlarına qazandıracağı imtiyazlar müzakirə mövzusuna çevrilib. Artıq bəzi ölkələr səyahət edən şəxslər üçün vaksin pasportu tələbini tətbiq etməyə başlayıblar. Bununla yanaşı bir sıra ölkələrdə bu tələb ictimai yerlərə ziyarət edənlərə də tətbiq olunur.

Bəs Azərbaycanda necə, prosesi stimullaşdırmaq üçün bu təcrübədən istifadə edərək vaksinasiyadan keçənlərə imtiyazlar tətbiq oluna bilərmi?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, ölkəmizdə də bu tendensiyadan istifadə müsbət nəticə verə bilər: “Bütün dünyada olduğu kimi dövlətimiz də zamanında peyvənd strategiyasına və taktikasına uyğun şəkildə vaksinasiya olunmuş insanların pandemiya prosesində olan administrativ məhdudiyyətlərdən daha rahat yan keçməsində simulyasiya edəcək.

Məsələn, Azərbaycanda “ASAN” Xidmət növlərindən rahat yararlanmaları istiqamətində, digər vaksinasiya olunmamış insanlara nəzərən səyahətdə daha rahatlığın tanınması istiqamətində imtiyazlar tətbiq oluna bilər. Və ya SMS-icazə tətbiq olunduqda həmin insanlara şamil olunmaması, bölgələrə hərəkətin rahatlaşdırılması kimi müəyyən addımlar atıla bilər.

Çünki dünya təcrübəsinə baxsaq, peyvənd pasportunun verilməsi, beynəlxalq səyahət agentliklərində bu insanların daha rahat səyahət imkanlarının tanınması istiqamətində müəyyən addımların atıldığını müşahidə edərik”.

Millət vəkili bildirib ki, vaksinasiya prosesində iştirak təkcə könüllülük prosesi kimi yox, vətəndaşlıq borcu kimi dəyərləndirilməlidir: "Hər kəs bilməlidir ki, peyvənd olunmaqla həm öz sağlamlığını qoruyur, həm də insanları riskdən, təhlükədən sığorta etmiş olur".

Qeyd edək ki, bir neçə ay əvvəl İspaniyanın səhiyyə naziri Salvador İlya ölkədə vaksin olunmayan şəxslərin qeydiyyata alınacağını və bu məlumat bazasının Avropa boyunca paylaşıla biləcəyini elan etmişdi. Artıq Avropa Birliyi vətəndaşların ölkələr arasında daha asan səyahətə imkan yaratmaq üçün peyvənd pasportunu hazırlayır. İsrail peyvənd olunan sakinlərin geniş ictimaiyyət üçün açıq olmayan bəzi yerlərə - idman zalları və hotellərə daxil olmasına imkan verən "yaşıl keçid" konsepsiyanı tətbiq edən ilk ölkə olub. Çin insanların hotellərə girişdə və ya metrodan istifadə edərkən simptomsuz olub-olmadığını göstərən sağlamlıq kodu tətbiqetməsini işə salıb. Bəzi ölkələrdə, o cümlədən, Çilidə isə koronavirusdan sağalan şəxslərə xüsusi sertifikatlar verilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
360

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
370

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
412

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
362

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
601

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
405

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
470
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 22:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru