Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2021
15:16
`Ermənilər minaların xəritəsini verməkdən boyun qaçırır`

“İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən torpaqlarda minaların qurbanına çevrilən azərbaycanlılar üçün dərin kədər hissi keçirirəm”.

Bunu “Report”a müsahibəsində ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti, akademik Thomas Goltz deyib.

O, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda basdırılan minaların partlaması nəticəsində həlak olan günahsız insanlarla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin paylaşdığı hesabatlara nəzər saldıqdan sonra vəziyyətin nə qədər acınacaqlı olduğunu öyrəndiyini bildirib.

“Gəlin məsələyə iki fərqli prizmadan yanaşaq. Müharibədə döyüşənlər kimlərdir? Mülki əhali nə vaxt minaların hədəfinə çevrilir? İlk sualın cavabı aydındır, amma ikinci suala gəldikdə, bununla bağlı aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən müxtəlif həll yolları təklif olunub: Sistemsiz basdırılmış minaların işarələnməsindən tutmuş, (müharibələrin sonlarına doğru onları geri çıxarmaq şərti ilə) müəyyən müddətdən sonra (2-3 ay) öz-özünü məhv edən “ağıllı mina”lara qədər. Həmin beynəlxalq qurumlar tərəfindən aparılmış araşdırmalar nəticəsində müharibə şəraitində bütün növ minaların basdırılmasına qadağa qoyulması ən qənaətbəxş variant kimi müəyyən edilsə də, bunun yaxın zamanda reallaşmasını gözləmək sadəlövhlük olardı”, - deyə akademik T.Goltz əlavə edib.

Tədqiqatçı jurnalist vurğulayıb ki, ermənilər həmişəki kimi məsuliyyəti öz üzərindən ataraq minaların basdırılmasının və onların yerləşmə xəritələrinin Azərbaycana təhvil verilməsinin Qarabağ ermənilərinin öhdəliyində olduğunu iddia edirlər.

Müharibə zamanı Ermənistan ordusunda müşahidə olunan xaosu nəzərə alan T.Goltz hesab edir ki, minaların basdırıldığı xəritələrin hamısının mövcud olması real görünmür. O, bununla yanaşı bütün hallarda baş verənlərə beynəlxalq hüquq çərçivəsində qiymət verilməsinin zəruriliyini bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
360

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
380

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
422

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
367

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
608

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
410

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
480
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 23:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru