Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2021
15:08
Elman Rüstəmov: `Türkiyə lirəsinin ucuzlaşmasının manata təsiri gözlənilmir`

Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir.

APA-nın Mərkəzi Bankın (AMB) "Twitter" hesabına istinadən verdiyi məlumatına görə, bu barədə AMB-in sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azlması müşahidə edilir.

"Neftin dünya qiymətinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir", -deyə bankın sədri deyib.

E. Rüstəmov qeyd edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var.

Xatırladaq ki, 2021-ci ilin martın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2055 manat təşkil edib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.

Məqalədə : Elman Rüstəmov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
360

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
375

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
417

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
367

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
608

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
410

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
475
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 23:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru