Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2020
12:35
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO

Səudiyyə şahzadəsi Turki bin Nasser bu yaxınlarda Los Ancelesdəki əmlakını açıq əmlak bazarına çıxarıb. Bu, dostlar vasitəsilə bir neçə ay davam edən uğursuz satış cəhdlərindən sonra baş verdi.

Şahzadənin villasının yerləşdiyi Beverli Park şübhəsiz ki, Los-Ancelesin ən nüfuzlu və mühafizə olunan ərazisidir. 24 saatlıq mühafizə sayəsində hətta bir siçan da gözdən yayınaraq əraziyə girə bilmir. Ümumilikdə kənd Beverli Hills təpələrinin üstündəki dağlarda yerləşən 70-ə yaxın ərazini birləşdirir. Beverli Park konsepsiyası 1980-ci illərdə hazırlanıb və bu günə qədər bu kənd olduqca böyük evlərin toplanması ilə məşhurdur. Ən kiçik evin sahəsi təxminən 743 kvadratmetrdir və ən böyük yaşayış sahəsi 3000 kvadratmetrdən çoxdur.

Beverli Parkdakı ən böyük evlərdən ən azı dördünün Səudiyyə Ərəbistanı kral ailəsinin müxtəlif üzvlərinə aid olduğu da sirr deyil. Bu dördü arasında şahzadə Turki bin Nasserin əmlakı ən böyüyüdür. Torpaq sahəsi - təxminən 20 min kvadrat metrdir. İki ayrı kompelksədn ibarət evlər ikimərtəbəlidir. Üstəlik, xidmətçilər üçün də ikimərtəbəli kompleks var. Rəsmi rəqəmlərə görə, 22 yataq otağı və 39 vanna otağı olan evin yaşayış sahəsi 4 min kvadratmetrdir. Bu mülkün satış qiyməti isə 39.95 milyon dollardır.

Məqalədə : Səudiyyə şahzadəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin ucuzlaşması davam edir

05

Avqust
10:44
İQTİSADİYYAT
201

Neft yenidən bahalaşıb

05

Avqust
09:15
İQTİSADİYYAT
410

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
905

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
887

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
830
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 11:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru