Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2020
11:14
Həmas liderindən İslam dünyasına təcili çağırışı

Həmas Siyasi Birliyinin başçısı İsmail Haniyyə dövlət başçıları, partiya başçıları, siyasi quruluşların rəhbərləri və İslam coğrafiyasındakı böyük təşkilatların rəsmiləri də daxil olmaqla 120 fərqli yerə mesaj göndərib.

O, İsrailin işğalı bitənə qədər Fələstin xalqının hüquqlarını, torpaqlarını, taleyini, tarixini və İslam kimliyini qorumaq üçün bütün səyləri birləşdirmək istəyən dövlət başçılarına və təşkilat rəhbərlərinə göndərdiyi mesajda, sionist rejimin Fələstinin Qərb sahili bölgələrini rəsmi olaraq ilhaq etmək planına qarşı təcili fəaliyyət planı qurmağa çağırıb.

Eyni zamanda, İsrailin Fələstin xalqına qarşı törətdiyi qeyri-insani cinayətlərin və beynəlxalq qanunların rejim tərəfindən açıq şəkildə pozulmasının qarşısını almağa çalışan Haniyyə, Məscidi Əqsanı yəhudiləşmə və ayrılmaq təhlükəsindən qorumaq üçün Fələstin xalqının müqavimət mübarizəsinin dəstəklənməsini istəyib.

ABŞ rəhbərliyinin sonsuz dəstəyini alaraq Fələstin mübarizəsini məhv etməyi hədəfləyən İsrailin işğalçılıq siyasətinin dayanmadan davam etdiyinə işarə vuran Haniyyə, vaxt itirmədən, İslam dünyası üçün Qüds, Qərb Sahili və İordan vadisinin ilhaq planının qarşısını almaq üçün toplanması lazım olduğunu bildirib.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İki icra başçısının həbs müddəti uzadıldı

12

Aprel
17:09
HÜQUQ,HADİSƏ
177

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
331

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
261

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
206

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
281
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-04-2021 00:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru