Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2020
18:10
QMİ yaslarla bağlı xəbərdarlıq etdi

Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkədə karantin gündəmə gələn ilk günlərdən koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahların fəaliyyətini müvəqqəti dayandıraraq, kütləvi ibadət mərasimlərinə ara verilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindənverilən məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı ilə və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. Qapalı, yaxud açıq məkanlarda on nəfərdən artıq şəxsin iştirakı ilə ehsan verilməsi və yas məclislərinin təşkili və orada din xadimlərimizin iştirakına icazə verilmir. Tövsiyə sənədimizdə bu məqamlar birmənalı şəkildə əksini tapıb: "Bütün din xadimlərinə bununla bağlı tərəfimizdən tapşırıq verilib. Bu tövsiyə qərarlarının icrasına QMİ nəzarət edir, tapşırığın yerinə yetirilməsinə yerlərdəki qazilərimiz və səlahiyyətli nümayəndələrimiz məsuldurlar və bu barədə QMİ-yə mütəmadi məlumat verirlər. Bu müvəqqəti çətinlik dövründə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa QMİ tərəfindən müvafiq ölçü götürüləcək.

Məqalədə : QMİ yasl karantin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İki icra başçısının həbs müddəti uzadıldı

12

Aprel
17:09
HÜQUQ,HADİSƏ
172

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
326

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
256

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
201

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-04-2021 00:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru