Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2020
11:34
Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı

İyunun 19-dan etibarən Dövlət İmtahan Mərkəzində bu gün keçirilən buraxılış (qəbul) imtahanlarının protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Mərkəzdən verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu günDövlət İmtahan Mərkəzi tərəfindən 18 şəhər və rayonda 9-cu sinif üzrə buraxılış imtahanları, 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilir.

İmtahanlar saat 11:00-da başlayıb. İmtahanlarda 19455 şagirdin (abituriyentin) iştirakı nəzərədə tutulur.

İmtahanların təşkil edilməsi üçün 94 imtahan binası, 1539 imtahan zalı, 94 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1999 nəzarətçi – müəllim, 188 buraxılış rejimi əməkdaşı, 94 bina nümayəndəsi ayrılıb

İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi – müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Məqalədə : buraxılış imtahanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4920

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4003

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5646

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5689

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7178

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5421
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-07-2020 16:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru