Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2020
11:21
ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı

ABŞ-da səhvən 24 il həbsdə yatan iki qardaşa təxminən 4 milyon dollar təzminat ödəniləcək.

Merilend ştatının Dövlət İşləri Komitəsi 2025-ci ilə qədər Erik Simmons və Kenneh JR Mak Persona ayrı-ayrılıqda hissəli şəkildə 1.9 milyon dollar ödəməyi yekdilliklə qəbul edib.

Qardaşlar - Simmons və Mak Person 1995-ci ildə Şərqi Baltimorda Entoni Uodenin qətlini planlaşdırdıqlarına görə ömürlük həbs cəzasına məhkum edilmişdilər.

Günahsızlıq Layihəsi təşkilatı qardaşların Uodenin öldürüldüyü vaxt başqa yerdə olduğunu sübut etmək üçün uzun müddət mübarizə aparıb.

Bildirilib ki, polis 13 yaşlı bir uşağı Simmons və Mak Personun əleyhinə ifadə verməyə məcbur edib. Günahsızlıq Layihəsinə görə, oğlan məhkəmədən əvvəl və məhkəmədə ifadələrini dəyişdirib.

Simmons və Mak Person 2019-cu ildə sərbəst buraxılıb.

Erik Simmons "Washington Post" qəzetinə verdiyi açıqlamada həbsxanada olarkən anasını itirdiyini, təzminat üçün minnətdar olduğunu, ancaq bu dəmir barmaqlıqlar arxasında keçirdiyi vaxtı geri qaytara bilmədiyini söyləyib.

Məqalədə : ABŞ həbsxana 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4920

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4003

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5646

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5689

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7178

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5421
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-07-2020 16:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru