Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
13:41
BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Abu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zayid əl-Nahyan İsrailin Fələstin torpaqlarının qeyri-qanuni ilhaqını qəbul etmədiyini bildirib.

Əl-Nahyan Twitter hesabında verdiyi açıqlamada İordaniya kralı ilə telefonla danışdığını və bölgədə baş verənləri müzakirə etdiyini söyləyib.

Tamamilə qanunsuz olan ilhaq planlarını qəbul etmədiklərini ifadə edərək, "Bu qanunsuz plana qarşı ərəb qardaşlarımız və beynəlxalq ictimaiyyətlə birlikdə işləyirik", Əl-Nahyan deyib.

Qeyd edək ki, BƏƏ İsrailin Fələstin ərazilərinin ilhaqına qarşı bu cür açıqlamalar versə də, son illərdə Əbu Dabi və Təl-Əviv administrasiyaları arasında bir çox sahədə yaxınlaşma olub.

"BƏƏ İsrail ilə rabitə kanallarının açıq olmasının hər iki ölkə üçün daha yaxşı nəticələr verəcəyini düşünür", - deyə BƏƏ-nin Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaş dünən Amerika Yəhudi Komitəsi (AJC) tərəfindən təşkil edilən virtual konfransda bildirib.

Aralarında diplomatik münasibətləri olmayan BƏƏ-nin İsrail ilə yaxınlaşması diqqət çəkir.

Məqalədə : BƏƏ Fələstin İsrail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48548

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46592

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48221

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47836

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53339

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47432

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47815
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 01:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru