Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
12:08
Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur.

Qurumdan  verilən məlumata görə, həm əsas inzibati bina, həm də bütün struktur bölmələrin fəaliyyət göstərdiyi binalarda giriş-çıxış qaydaları ciddi nəzarətdə saxlanılır. Bundan başqa mütəmadi dezinfeksiya tədbirləri görülür, işçilərin qoruyucu maskalarla təminatı, giriş-çıxış məntəqələrində insanların bədən temperaturunun ölçülməsi və digər zəruri prosedurlar icra olunur. Buna baxmayaq, bəzi hallarda təlimat qaydalarını pozan işçilərə də rast gəlinir və dərhal bu barədə müvafiq cəza tədbirləri görülür. Pandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub. O, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 “Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib.

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq.

Məqalədə : Azəriqaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
555

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
596

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
642

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
577

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
683

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
550

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
706
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 23:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru