
Ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan islahatlarla korrupsiyaya qarşı mübarizə tədbirlərinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə büdcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.
Həmin tədbirlərin davamı kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Belə ki, daxil olmuş materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənmişdir.
Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərsək məsuliyyətə cəlb edilmələri istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Eyni zamanda bildiririk ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən istintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən jurnalistlərə, eləcə də vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.(trend)

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel- 21-04-2021 13:59 DİN-də yeni TƏYİNAT
- 20-04-2021 11:09 AİP-in sədr əvəzi Hacı İlham Əliyevin məhkəməsi keçirilib
- 19-04-2021 13:24 Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi
- 15-04-2021 11:52 Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi
- 14-04-2021 14:53 Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü
- 12-04-2021 17:09 İki icra başçısının həbs müddəti uzadıldı
- 12-04-2021 11:45 DİN Qubad İbadoğlunun qızının iddialarını araşdırır
- 10-04-2021 10:35 Polis əməliyyat keçirdi, həbs edilənlər var - VİDEO
- 09-04-2021 14:52 Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
- 09-04-2021 11:43 Bakıda evdən 10 min manatlıq oğurluq edildi
- 08-04-2021 15:21 İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb
- 08-04-2021 15:04 Müəllim onlayn dərsə hazırlaşarkən vəfat etdi
- 07-04-2021 14:38 Məktəb direktoruna cinayət işi açılıb
- 07-04-2021 10:58 Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor həbs edildi
- 06-04-2021 17:21 Ağdaş Mərkəzi Xəstəxanasının rəhbərinə cinayət işi açıldı
- 06-04-2021 16:40 Qara maska, oyuncaq tapança, saxta paqonlar - FOTO
- 05-04-2021 11:23 Rasim Quliyevin həbsi ilə bağlı - Rəsmi açıqlama
- 03-04-2021 11:19 Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ - FOTO
- 02-04-2021 15:40 "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik
- 02-04-2021 14:25 Prokuror Hacı İlham Əliyeva 18 il iş istədi
- 31-03-2021 12:28 Hüseyn Abdullayev vətəndaşlıqdan çıxmaq istəyir
- 31-03-2021 10:57 Ödəmə terminallarından 25 min oğurluq edənlər saxlanılıb
- 30-03-2021 19:11 Prokuror Yunis Səfərova ömürlük cəza istəyib
- 30-03-2021 16:59 Baş Prokurora yeni köməkçi təyin olunub
- 30-03-2021 14:32 Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi